Yuxarı

Ərdoğanla Putin nələri müzakirə edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla Putin nələri müzakirə edəcək?

Türkiyənin Rusiya ilə Qərb arasında yenidən müəyyən razılıqlarla bağlı vasitəçi olması mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edən Vüqar Zifəroğlu deyib. Analitik bu səfərdə iqtisadi yönümlü məsələlərin daha ön planda olacağını bildirib:

"Türk axını" layihəsindən tutmuş türk iş adamlarına hələ də tətbiq edilən müəyyən məhdudiyyətlərin aradan qaldırılması, eləcə iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Heç şübhəsiz ki, Suriya böhranı da müzakirə obyekti olacaq və tərəflər maksimum dərəcədə problemə baxışlarındakı fərqlilikləri bir daha nəzərdən keçirməyə çalışacaqlar. Əslində, Fəratın sol sahilini özü üçün başlıca prioritet elan etməklə yanaşı, Əsədə münasibətdə də müəyyən yumşalma xətti tutan Ankara ilə Moskvanın Qərblə, ələlxüsus ABŞ-la münasibətlərinin kəskinləşməsi fonunda müəyyən məqamlarda razılığa gəlmələri mümkündür".

Suriyada atəşkəsin yenidən təmin edilməsi üçün Ankaranın hərəkətə keçəcəyi və Ərdoğanın Putinin Türkiyə səfərindən öncə Obama ilə də əlaqə saxlayacağı məsələsinə gəldikdə isə V.Zifərğolu bir NATO ölkəsi kimi Türkiyədə bu istiqamətdə müəyyən müzakirələri istisna etməyib:

"Türkiyənin Rusiya ilə Qərb arasında yenidən müəyyən razılıqlarla bağlı vasitəçi olması mümkündür".

Qeyd edək ki, Rusiya Prezidenti Prezident Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş oktyabrın 10-da İstanbulda keçiriləcək Dünya Enerji Konqresi çərçivəsində baş tutacaq.

Tarix
2016.10.06 / 09:18
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla