Ana səhifə Planet |
Krım Rusiyaya yenidən birləşdirildikdən sonra ABŞ nüvə əməkdaşlığını dondurub.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Rusiyanın nüvə sahəsində ABŞ-la əməkdaşlığı dayandırma qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, qərarla rəsmi Moskva sadəcə münasibətlərdəki soyuqluğu rəsmiləşdirib:
"Vaşinqton Krımdakı hadisələrdən sonra nüvə əməkdaşlığını de-fakto dayandırmışdı. Moskva isə indi bunu rəsmiləşdirib. Bunu etdiyimiz üçün təəssüf edirəm. Ancaq anlaşma işləmirdi".
Xatırladaq ki, ötən gün Rusiya nüvə sektorunda tədqiqat və inkişaf sahəsində ABŞ-la əməkdaşlıq sazişini dayandırıb. Buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.
Sözügedən saziş 2013-cü ildə Vyanada imzalanmışdı.
Tarix
2016.10.07 / 08:00
|
Müəllif
Hacı Qulu
|