Yuxarı

Amerika şirkəti Bakı Limanında yeni mərkəz yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Techint" şirkəti region üzrə distribusiya mərkəzini Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaratmaq istəyir.

Bakı Limanından Axar.az-a bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun tanınmış "Techint" şirkətinin prezidenti Paolo Rocca ilə keçirdiyi görüşdə Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasında şirkətin regional distribusiya mərkəzinin yaradılması müzakirə olunub. Qonağa yeni Bakı Limanının inkişaf konsepsiyası və yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi barədə məlumat verilib.

Paolo Rocca öz növbəsində Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasından böyük gözləntilərinin olduğunu bildirib və məhz buna görə də region üzrə öz distribusiya mərkəzinin yeni Bakı Limanında yaratmaq istədiklərini vurğulayıb.

"Techint" Latın Amerikasının ən böyük polad boru istehsal edən şirkətidir və neft-qaz sahəsində dünyanın ən böyük boru təchizatçılarındandır. 70 illik təcrübəyə və 19500 peşəkar heyətlə şirkət energetika, infrastruktur və arxitektura sektorlarında mühəndislik, təchizat və tikinti xidmətləri göstərir.

Tarix
2016.10.14 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla