Yuxarı

ABŞ oyunu: Ankaraya zəmanət, kürdlərə silah

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ oyunu: Ankaraya zəmanət, kürdlərə silah

ABŞ Fəratın sol sahili ilə bağlı rəsmi Ankaraya zəmanət versə də, kürd separatçılarını silahlandırmaqda və onlardan aktiv şəkildə yalnız Suriyada deyil, Türkiyə əleyhinə də istifadə etməkdə davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Suriyadakı acı reallıq qarşıya tamamilə fərqli mənzərə çıxarmaqdadır:

"Suriyada baş verənlər yalnız ordakı siyasi-hərbi güclərin deyil, eyni zamanda, iri güclərin bölgədəki maraqlarının toqquşmasıdır. Bu böhrandan çıxış yolu bölgədə öz maraqlarından çıxış edən qüvvələrin müəyyən qədər güzəştə getməsi, yəni bir növ geri çəkilməsindədir. Hazırkı dönəmdə isə bu mümkünsüzdür. İstər Rusiya, istərsə də ABŞ bu ilin fevralında əldə edilən kövrək razılaşmanı belə sonadək qoruya bilmədilər və rus qırıcılarının Hələbə endirdiyi zərbələr bu razılaşmanın sonunu gətirdi. Türkiyə hər formada Suriyanın şimalında öz dövlət maraqlarından çıxış edərək təhlükəsiz bölgə formalaşdırmağa çalışır. Bu, təbii ki, digər ölkələrin maraqlarına cavab vermir və ABŞ nə qədər Fəratın sol sahili ilə bağlı rəsmi Ankaraya zəmanət versə də, kürd separatçılarını silahlandırmaqda və onlardan aktiv şəkildə yalnız Suriyada deyil, Türkiyə əleyhinə də istifadəyə davam edir".

Analitik hesab edir ki, sadalanan faktorlar Suriya ilə bağlı ciddi gözləntilərə ümid etməyin yersiz olduğuna dəlalət edir:

"Səudiyyə bölgədə İranın artan təsirindən ciddi narahatdır və Suriyanın Əsədsiz gələcəyində belə bu faktora yer ayırmaq istəmir. Halbuki Rusiya və ABŞ-ın müəyyən qədər bununla razılaşdıqları hiss olunur. Danışıqlar masası arxasında İran yoxdursa, Suriyadakı razılaşmalarda tam balansa nail olmaq mümkün deyil. İran bölgədə aktiv şəkildə şiə hərəkatlarını qaldıraraq onlardan öz maraqları üçün geniş şəkildə istifadə edir və məzhəbsəl faktorla manipulyasiya bu gün bölgədə İranı son dərəcə ciddi bir qüvvə olaraq qarşımıza çıxarır. Ərəb ölkələri isə İranın bu mövqeyini bölüşmürlər və bu, bölgə üçün kifayət qədər ciddi təhdiddir".

Qeyd edək ki, ötən gün Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi İsveçrənin Lozanna şəhərində Suriya böhranını müzakirə ediblər.

Tarix
2016.10.16 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla