Yuxarı

İsmayıllıda sürüşmə: 80-ə yaxın ev təhlükədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaranıb.

Report-un xəbərinə görə, güclü yağış nəticəsində yaranan və təxminən 1 həftədir davam edən sürüşmə son iki gündə daha da aktivləşib.

Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

Yaranan yarğan kənd sakini Ağalı Əliyevin həyətyanı sahəsinə doğru genişlənib və təsərrüfat tikilisinə böyük ziyan vurub, yaşadığı mənzilə isə təhlükə yaranıb.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, əraziyə aidiyyatı orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyə olunmasına qərar verilib.

Tarix
2016.10.24 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla