Yuxarı

İrandan Qarabağda vasitəçilik açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz, lakin hazırda Tehranın vasitəçiliyi gündəmdə deyil.

Bunu APA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

O bildirib ki, İran SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik sahəsində önəmli və əsaslı rol oynayıb:

"Qarabağda ilk ciddi atəşkəsin bərqərar olmasını təmin etdik. Bu böyük uğur idi, lakin bəzi səbəblərdən və bəzi ölkələrin təxribatı nəticəsində bu atəşkəs davamlı olmadı".

B. Qasımi deyib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri zamanı vasitəçilik məsələsi deyil, ikitərəfli əlaqələr müzakirə olunacaq:

"Məndə olan məlumata görə, bu gün vasitəçilik məsələsi gündəmdə deyil. Ümid edirəm ki, regionun təhlükəsizliyi üçün təhdid ola biləcək bu problem tezliklə ədalətli formada öz həllini tapacaq".

Tarix
2016.10.24 / 13:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla