Yuxarı

Qurban Qurbanov: "Klopp mənə demişdi ki..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox vacib qələbə qazandıq. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq.

APA-nın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının IX turu çərçivəsində "Neftçi"nin qonağı olan Ağdam təmsilçisi meydandan qələbə ilə ayrılıb. Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: "Futbolçuların oyun intizamı yaxşı idi. Azarkeşlərimizi təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram. Sıx qrafikdə oynayırıq. Futbolçular daha da bir olmalıdılar. Bu gün tam olaraq, düşündüyümüz hücumları qura bilmədik. "Neftçi" bizi yaxşı analiz etmişdi. Bu komandanı hamımız çox istəyirik. Bu sistemi daha da aktivləşdirsələr, yaxşı olacaq".

- "Qarabağ"lı futbolçu azarkeşi vursaydı, Qurban Qurbanov hansı tədbiri görərdi?

- Belə halın olması heç birimiz üçün xoş deyil. Azarkeşi də, futbolçunu da başa düşmək olar. Çalışmaq lazımdı ki, bir olub, bu vəziyyətdən çıxaq. Arzulamıram da ki, bizdə belə vəziyyət olsun. Hərə öz vəzifəsini yerinə yetirməlidi.

- Avrokubok oyunlarından sonra klublarımızda yorğunluq hiss olunur. Bu problemi aradan necə qaldırmaq olar?

- Son vaxtlar belə problemimiz olmayıb. Əvvəl dəb idi ki, hamı yorğunluqdan danışırdı. Bu gün nə mən, nə də futbolçularım bu haqda düşünürük. Tibb bunu göstərir ki, avrokubok oyunlardan sonra futbolçular yorulur, özü də daha çox psixoloji cəhətdən. O oyunlara hazırlaşmaq çox çətindi. Yurgen Klopp bunu mənə demişdi ki, Avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur. Mən də bəzən futbolçularıma istirahət verirəm. Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq.

- Rəşad Sadıqovun durumu nə yerdədi?

- Rəşadın zədəsi var. Srağagün məşqdən sonra ayağında ağrı hiss etdi. Buna görə də, risk etmək istəmədik.

- "Neftçi" 5 müdafiəçi ilə oynadı. Bu sizə çətinlik yaradırdımı?

- Bizdə çətinlik yaradırdı. Bilirsən ki, bir komanda daim bu sistemdə oynayır, ona başqa cür hazırlaşırsan. Bu gün çətinlik yaratdı, amma tanış sistemdi.

Tarix
2016.10.26 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla