Yuxarı

Trampın qələbəsinə Şultsdan reaksiya: “Çətin olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Axar.az xəbər verir ki, iş adamının prezident seçilməsi bir çox ölkə rəhbəri və siyasi liderlər tərəfindən birmənalı qarşılanmayıb.

Avropa Parlamentinin spikeri Martin Şults Donald Trampla işləməyin o qədər də asan olmayacağını deyib: "Tramp Adminstrasiyası ilə işləmək Obama Adminstrasiyasına nisbətən dəfələrlə çətin olacaq, amma biz müstəqil yolla seçilən ABŞ prezidentinin legitimliyini tanıyır və ona hörmət edirik".

Trampı dərhal qələbə münasibətilə təbrik edən Vladimir Putindən geri qalmayan Poroşenko Adminstrasiyası ABŞ-ın yeni prezidenti ilə əməkdaşlığa hazır olduğunu elan edib.

Minnesotanın keçmiş qubernatoru Cessi Ventura yerli KİV-in çox nahaq yerə ilk gündən Trampın üstündən xətt çəkdiyini açıqlayıb: "KİV bunu nahaq yerə etdi. Halbuki, Tramp ştat-ştat vuruşub prezident seçildi".

Qeyd edək ki, artıq Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Birliyinin rəhbəri Donald Tusk Trampı təbrik edib və AB-ABŞ sammitinə dəvət edib.

Tarix
2016.11.09 / 14:22
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla