Yuxarı

Bağırov Atatürkün məzarını ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümü münasibətilə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən Atatürkün məzarı önünə - Anıtqəbirə əklil qoyma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, o cümlədən səfirliyimizin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra diplomatik korpusun duayeni olaraq səfir F.Bağırov Atatürkün məzarı önünə əklil qoyub, Anıtqəbirin "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Qeyd edək ki, Türkiyə Respublikasının mövcud dövlət protokolu qaydalarına əsasən buna qədər rəsmi mərasimlər zamanı sadəcə diplomatik korpusun duayeni diplomatik nümayəndəliklərin rəhbərləri adından iştirak edirdi. Lakin bu il ilk dəfə olaraq diplomatik korpusun duayeni səfir F.Bağırovun dəvəti əsasında həm də Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri mərasimdə iştirak ediblər.

Tarix
2016.11.09 / 21:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla