Yuxarı

“Buqələmun”un rejissorundan yeni film

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buqələmun" filminin rejissorlarından biri Elvin Adıgözəl yeni film çəkir.

Bu barədə "Axar.az"a açıqlama verən gənc rejissor filmin çəkilişlərinin may ayının əvvəlində başlayacağını deyir.

Azər Aydəmir, Sənan Əlləz və Arzuman Mirzəsoy kimi aktyorların çəkiləcəyi film qısametrajlı olacaq. Filmlərində günümüzün aktual problemlərinə toxunan rejissorun bu dəfəki filminin mövzusu tənhalıq və sosial reallıqlardan bəhs edəcək.

Filmin prodüseri də Elvin Adıgözəlin özüdür. Rejissor bildirib ki, bu filmi də "no-budget" – yəni büdcəsizdir, filmi çəkmə üçün texniki dəstək alsa da, heç kimdən və heç yerdən maddi dəstəyi yoxdur.

Xatırladaq ki, gənc rejissor Elvin Adıgözəlin Ru Həsənovla birgə çəkdiyi "Buqələmun" filmi 66-cı "Locarno film festivalı"nda iştirak etmişdi. "Locarno Film Festivalı" "A" kateqoriyalı (ən nüfuzlu) festivallar sırasına daxildir. Kann, Venesiya, Berlin film festivalları da bu kateqoriyaya aid edilir.

Tarix
2014.04.16 / 08:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla