Yuxarı

“Buqatti”nin sahibi olan polis rəisinin idarəsindən – Reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, mediada Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin olduğu iddia edilən "Buqatti" (hazırda adı dəyişdirilib və "Mamunia" qoyulub) gecə klubunda baş verən özbaşınalıqlar barədə məlumatlar dərc olunmaqdadır.

Məsələ ilə bağlı adı hallanan Nəsimi polisinin rəisi Musa Musayevdən isə xəbər yoxdur.

Nəsimi Rayon Polis İdarəsindən 5 gün öncə "Axar.az"a bildirmişdilər ki, gecə klubunun sahibi kimi adı hallanan polis rəisi işə çıxmır:

"Rəis bir neçə gündür ki, iş çıxmır və bundan sonra da bir neçə gün müddətində işdə olmayacaq. İcazəlidir. Bir neçə gün sonra müraciət edin, rəis özü suallarınızı cavablandırsın".

Açıqlama verilən gündən 5 gün keçməyini nəzərə alıb, Nəsimi rayon polis idarəsinə yollandıq.

Rəisin yerini heç kim bilmir

Binadan içəri keçən kimi hardan gəlməyimizlə maraqlanan polis serjantı jurnalist olduğumuzu biləndən sonra növbətçi hissə otağında əyləşən kapitanı çağırdı. Bu dəfə kapitana gəlişimizin məqsədini izah etməyə çalışdıq və uzun çək-çevirdən sonra, "deyəsən (?) rəis burda deyil" cavabını aldıq.

Elə söhbətin ən maraqlı hissəsi də bu sözdən sonra baş verdi:

-Deyəsən nədir?

- Mən idarəyə yeni gəlmişəm, bilmirəm.

– Bəs kim bilir?

- Vallah, onu da bilmirəm.

- Yaxşı, bəs indi mən nə edim, sualımı kimi verim? Heç olmasa Musa müəllimin müavinlərindən biri qəbul etsin, soruşaq, bəlkə rəisin yerini o bilər.

Bir qədər sonra qayıdıb rəis və rəis müavinin heç birinin olmadığı "deyəsənsiz", tam əminliklə dedi.

"Gələnə qədər gözləyərik" deyib idarənin həyətində gözləməyə başladıq.

Sinilər sıralanır...

İdarəyə nə girən bəlli idi, nə çıxan. Yaxınlıqdakı kafenin ofisiantı 4-5 dəfə əlində yemək dolu sinilər içəri keçirdi.

Doğrusunu ofisiant bilər deyə, ona üz tuturuq

- Bu dadlı yeməyi rəisə aparırsan yəqin...

Son ümidimizə ofisiant beləcə balta vurdu:

- Rəis nə gəzir? Müstəntiqlərə aparıram. Görmürsən müstəntiqlər necə kefdədirlər?! Rəis burda olanda o cür sərbəst hərəkət edə bilmirlər.

Həyətdə gözləməkdən bezib içəri. Bu dəfəki həmsöhbətimiz özünü mayor İsgəndərov Səbuhi kimi təqdim edən polis əməkdaşı olur:

- Rəis yoxdu burda...

- Hardadır, nə zaman gələcək?

- Bilmirəm. Siz bura nəyə görə gəlmisiniz?

- Dünən sizin növbətçi hissə ilə danışanda dedilər ki, rəislə görüşmək və sual vermək istəyənlər idarəyə gəlməlidir, biz də gəlmişik.

-Onu kim deyib axı? Elə şey olar? Rəis yoxdur e qardaş, yoxdur.

- Rəis yoxdursa, müavinlərdən biri ilə görüşdürün....

Gedib bir neçə dəqiqə sonra gəlib rəis müavinin dediklərini çatdırır:

- Rəisin müavini ilə danışdım, deyir ki, nə sualları varsa, bizim mətbuat xidmətinə yaxınlaşsın. Mətbuatın suallarına Daxili İşlər Nazirliyinin məbuat xidməti cavab verir.

Bir az da müşahidə aparırıq və tam əmin oluruq: gecə klubunun sahibi olduğu deyilən polis rəisi Musa Musayev artıq bir həftədir ki, yoxa çıxıb – yəni işə çıxmır...

Təkrar xatırladaq:

Bir müddət öncə gecə klubu mətbuatda gedən yazılanlardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.

"Buqatti"nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirilib. Klubun Nəsimi rayonunun polis rəisi Musa Musayevə məxsus olduğu barədə mediada iddialar səslənsə də, hörmətli rəisdən açıqlama almaq mümkün deyil: çünki yoxa çıxıb!

Tarix
2014.04.17 / 09:45
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla