Yuxarı

Millət vəkili xəstəyə yardım etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Qənirə Paşayeva ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömər Ramiq oğluna yardım edib.

Məlumata görə, Qənirə Paşayeva bu barədə Facebook-da yazıb. Onun yazdığına görə, axşam saatlarında televiziyada xəstə uşaqla bağlı süjetə baxıb və dərhal hərəkətə keçib:

"Süjet bitdikdən sonra televiziyaya zəng edib, Ömərin ailəsinin telefonlarını alıb zəng etdim. Sonra gec də olsa söhbət balaca bir körpədən getdiyi üçün Səhiyyə Nazirliyinin rəsmilərini aradım, Təcili Tibbi Yardım İdarəsinin rəhbəri Gülmirzə müəllimlə danışıb ailənin maddi vəziyyətinin çox çətin olması və Ömərin dövlət hesabına pulsuz əməliyyat edilməsinə ciddi ehtiyac olduğunu söylədim. Sağ olsunlar. Artıq tapşırıqlar verildi və Ömər Mərkəzi Nefçilər Xəstəxanasında dövlət hesabına pulsuz əməliyyat olunacaq. Həftənin 1-ci günü Öməri və ailəsini Səhiyyə Nazirliyində qəbul edib, sənədləşdirərək Mərkəzi Nefçilər Xəstəxanasına göndərəcəklər. Allah balaca Ömərə kömək olsun! Dualarınızı əksik etməyin!" ("Musavat.com").

Tarix
2014.04.18 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla