Ana səhifə Planet |
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna hökumətinə növbəti xəbərdarlıq edib.
"Axar.az" xəbər verir ki, Lavrov rus vətəndaşlarının hüquqları pozulacağı təqdirdə Moskvanın buna cavab verəcəyini bildirib.
Müsahibəsi zamanı Lavrov bildirib ki, Ukrayna, ABŞ və NATO-nun Ukraynanın cənub-şərqində fəaliyyət göstərən separatçıların rus ordusuna məxsus olmalarına dair iddiaları əsassızdır: "Rusiya heç vaxt Ukrayna sərhədinə qoşun göndərməsini inkar etməyib. Eyni addımı Ukrayna hökuməti də atıb. Bizim qoşunlarımız Rusiya ərazisində yerləşir. Onlar Müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında təlimlər keçiblər. Bu da normaldır, çünki ordu özünü hər zaman hazır hiss etməlidir".
Rusiya XİN rəhbəri eyni zamanda qeyd edib ki, Rusiyaya hücum olunacağı təqdirdə cavab verməli olacaqlar: "Əgər rus vətəndaşlarının hüquqları pozulacaqsa, mən başqa çıxış yolu görmürəm".
Tarix
2014.04.23 / 17:24
|
Müəllif
Anar Əhmədov
|