Yuxarı

Uşaqlar üçün oxumaqdan başlayaq: nə zaman və necə?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırlıq kursu" layihəsində:

Həftəlik elektron qəzet "Wikers Weekly" uşaqlarda mütaliə vərdişinin necə formalaşdırmağın yollarını öyrənmək məqsədilə silsilə araşdırmalar aparıb. Məsələnin bizim cəmiyyətimiz üçün də aktuallığını nəzərə alan Axar.az bu araşdırmaların nəticələrini öxucuları ilə bölüşür.

Mütaliə edən ana gələcəkdə mütaliə edən uşağın meydana gəlməsi üçün ən mühüm amildir.

Mütaliə tərəfdarlarının əksəriyyəti əmindirlər ki, anadan olduğu andan körpə üçün oxumaq lazımdır, ən yaxşısı isə bu nəcib işə hələ o, dünyaya gəlməzdən əvvəl balamaq gərəkdir. Bir təsəvvür edin: hamiləliyin son ayında oturub hansısa bir nağılı yavaş-yavaş, tələsmədən, həlim səslə oxuyursan. Sonra, körpə dünyaya gələndə bu kitab, nağıl qəhrəmanları ona hökmən tanış gəlir. Mənim heç bir etirazım yoxdur. Mən ikiəlli razıyam. Ancaq nəzərə almaq lazımdır ki, gələcək ana imkan daxilində yaxşı seçim etməlidir. Xüsusilə, nağıllar incəsənətin ən əsrarəngiz keyfiyyətlərini özündə əxz edir, hələ üstəlik uşağı da yaxşı əhvali-ruhiyyəyə kökləyir, çox incəliklə və üsulluca onun dünyaduyumunun özəlliklərini səciyyələndirir. Fikrimcə, qadına, ümumiyyətlə, oxumaq çox faydalıdır, həm də təkcə hamiləlik zamanı deyil, həmişə....

Mütaliə edən ana

Bəs uşaq kitabla nə vaxtdan, neçə yaşından bilavasitə təmasda olmalı, onu görməli, ona toxunmalıdır? Bunu necə etmək lazımdır?

Araşdırmağa çalışaq. Kitab özü nədir? İlk növbədə əşyadır. Lakin daşdan, oduncaqdan fərqli olaraq insan əli ilə yaradılmış əşyadır, insanın müəyyən xüsusi ehtiyacını ödəmək üçün yaradılıb. Necə ki, qazan xörək bişirmək, daraq saçları səliqəyə salmaq, stul oturmaq, qaşıq isə yemək yemək üçün yaradılıb, eləcə də bu predmetin də xüsusi istifadə qaydaları var. Kitab birbaşa bizim təxəyyülümüzə ünvanlanıb. O, bizdən vərəqləri çevirməkdən əlavə daha dərin, duyumlu münasibət tələb edir.

Bax bu iki məqam – kitabın səciyyəvi "maddiliyi" və körpənin onu qəbuletmə qabiliyyəti lap balacalar üçün kitaba start vermənin zamanını müəyyənləşdirir.

Kitabın səhifəsi və qazan qapağı

Bir halda ki, kitab məxsusi əşyadır, deməli, uşaq psixi inkişafın müəyyən mərhələsinə çatanda onun xüsusiyyətlərini dərk edə biləcək. Əhatəsindəki əşyalar körpəni çox tez - əlini ona uzatmağa başladdığı andan maraqlandırır. Ancaq bir müddət belə marağın başlıca məqsədi əşya üzərində hansısa əməliyyatın həyata keçirilməsi istəyi ilə əvəzlənir: əlinə keçəni ağzına salır, manejdən kənara atır, hansısa səs çıxarmağa məcbur edir. Səkkiz aylıq, bir yaşlıq və yaş yarımlıq uşaqları əşyaların məxsusi təyinatından daha çox onların təsirə qarşı göstərdikləri xüsusiyyəti maraqlandırır. Başqa sözlə desək, əgər uşağın qarşısına qapaqlı qazan qoysaq o, çox böyük məmnuniyyətlə qapağı götürüb səs-küy sala-sala qaytarıb yerinə qoyacaq, hətta bunu fasiləsiz davam etdirə də bilər. Ancaq bu, hələ o demək deyil ki, uşaq qazanın "funksiyasını" dərk edib. Hazırda o, yalnız bir şeyi anlayır: bu əşyanı "götürüb-qoymaq" olur. Əgər bu yaşda olan uşağın qarşısına kitab qoysaq – böyük, rəngli, möhkəm karton səhifəli bir kitab - o, çox keçmədən kəşf edəcək ki, bu əşyanın səhifələrini çevirmək olur. Bu məşğuliyyət – səhifələri çevirmək – böyük və başlıca əhəmiyyət kəsb edir. Biz özümüzü nə qədər inandırsaq ki, məsələ məhz gözəllik magiyasındadır, ancaq bu, hələ tam olaraq gözəlliyin dərk edilməsi deyil. Məsələ qalın kartonda və obyektin böyüklüyündədir. Bu mərhələdə kitabın səhifələrini vəqəlməməklə qazanın qapağını götürüməyin arasında heç bir fərq yoxdur. Ancaq bunda pis bir şey də yoxdur. Bu da öz-özlüyündə faydalı vərdişdir – bir şərtlə ki, kitabın səhifələri cırılmasın. Və əgər bu gənc ananın başına gələnlər kimi olmasa, daha yaxşıdır: bir dəfə ana mütərəqqi rəfiqəsinin məsləhəti ilə səkkiz aylıq oğluna bahalı dəb jurnalı alır, uşaq isə onun səhifələrini gəmirib didişdirməyə başlayır. Uşaq öz-özlüyündə haqlıdır! O, ətraf aləmi əli çatan üsullarla tədqiq edir.

Kitab vaxtı

Elə ki hiss etdiniz artıq "vaxtdır", uşağa kitab vermək lazımdır. Bəs bu vaxtın çatmasını necə təyin edək? Bunun ilk göstəricisi uşağın digər əşyalara münasibətində özünü göstərə bilər. Əgər uşaq başqa predmetlərin təyinatını anlamağa başlayırsa, məsələn, darağı götürüb saçlarına çəkirsə, (daha yenicə ağaran dişlərinə sürtmürsə) və ya qaşığı ağzına aparırsa, tutalım papağı (dəxli yoxdur, özününkü olsun, ya başqasının, əsas odur ki, başına qoysun) geyməyə çalışırsa, bütün bunlar onun kitabı da öz spesifik xüsusiyyətlərilə qəbul etməsi üçün bir siqnaldır.

Ancaq hələ ki uşaq özü lazım olan işi sərbəst şəkildə görə bilməz. Körpəni kitabla təklikdə buraxmaq (hətta o, qalın kartondan olsa belə) onun adi bir ixtiyari oyuncağa çevrilməsi demək olar. Kitab öz həqiqi anlamında uşaq üçün ancaq böyüklərin yaxından və bilavasitə iştirakı ilə kəşf edilə bilər. Valideyn, ilk növbədə ana kitabın vərəqlərini çevirərək oradakı təsvirləri çox anlaşıqlı, nəvazişli şəkildə körpəsinə anlatmalı və bu zaman ona yalnız və yalnız öz adı ilə müraciət etməlidir.

Əlbəttə, bunu tam mənası ilə mütaliə adlandırmaq olmaz. Bu, daha çox valideynin kitab üzərində "şamanlıq" etməsidir. Nitq improvizasiyası, yazılmış mətndən uzaqlaşaraq daima birbaşa uşağa, onun təcrübəsinə, münasibətinə müraciət... Erkən yaşlarından körpəsinə kitab oxumağa başlayan ana bu prosesi belə təsvir edir: "Biz necə oxuyuruq? Bax belə. Kitabı açıb şəkillərinə baxırıq. Qarşımızdakı şəkil haqqında bir az nə isə danışıram. Təsvir olunanları göstərib adlarını, nə etdiklərini deyirəm. Körpəm də barmağını şəkillərin üzərinə qoyub göstərir. Şəkillərə baxıb dinləməyi çox xoşlayır. Ancaq elə ki kitabı əlimə alıb yazılmış mətni oxumağa başlayıram, məni saxlayır. Özümdən uydurub söylədiklərim onun üçün daha maraqlıdır".

Belə davranış hələ dili açılmamış və ya yenicə danışmağa başlayan uşaqlara xasdır və körpənin nitq inkişafının qanunauyğunluqlarına əsaslanır. Nitq – uşağın ən mühüm nailiyyətidir və onun ən mühüm həyati "alətidir". Bu da yalnız psixologiyada "yaxın böyüklər" adlanan böyüklərlə ünsiyyət zamanı inkişaf edir. Uşağın yaşyarımınadək danışa bilməsi üçün o, anadan olan bir gündən insan səsi, insan danışığı, nitqi ilə təmasda olmalıdıır. Həm də ümumiyyətlə nitq deyil, "yaxın böyüyün" bilavasitə şəxsən ona (həm də öz adı ilə, bu, əzizləmə ad da ola bilər) müraciət olunmuş nitqini eşitməlidir.

Körpələr evindəki uşaqlar üzərində aparılan müşahidələr çox kədərli nəticələr verib: "texniki nitq" körpələrin inkişafına heç bir təsir göstərmir. Maqnitofon gündə 24 saat oxuya, layla çala, nağıl danışa bilər. Lakin bu, ailəsiz uşaqların nitqi inkişafına heç nə vermir. Hətta daima danışan dayə belə vəziyyəti çox az dəyişə bilər. Onlar çox nadir hallarda konkret uşağa müraciət edirlər. Belə ki, yetim qalmış körpələr açıq-aşkar ünsiyyət çatışmazlığı yaşayırlar. Bu uşaqların öz həmyaşıdlarından geridə qalmasının başlıca səbəbi də məhz budur. Psixologiya elmləri doktoru Yelena Smirnova yazır ki, bir yaşından üç yaşınadək olan körpələrə uşaq bağçasında "uşaqlar", - deyə müraciət etməyin heç bir mənası yoxdur. Onlar bunu sadəcə eşitmirlər, çünki belə bir "toplu" müraciəti özlərinə aid etmirlər. Ona görə də onların hər birini öz adları ilə çağırmaq lazımdır. Kitab dili – ümumiləşdirilmiş müraciətdir. Axı o, konkret bir uşaq üçün yazılmayıb. Onu qəbul etmək üçün körpə "uşaqlar" sözünə alışmalıdır. Bu, iki-üç yaş arası baş verir. Özünü "uşaqlar" qrupuna aid etmək bacarığı fərdi özünü dərketmənin oyanması ilə sıx bağlıdır. Bu hissin oyanması uşağın nitqində "mən" əvəzliyinin yaranması ilə müəyyənləşir. "Mən"in yaranması ilə ünsiyyət dairəsi də genişlənə bilir. Təkcə yaxın böyüklərlə deyil, başqaları ilə də, xüsusilə də "kitab müəllifləri" ilə də ünsiyyət qura bilirlər. Elə yazılmış mətnin qəbul və dərk edilməsi prosesi də bundan sonra kəskin inkişaf edir. Çünki uşaq cümlə qurmağa başlayan kimi (lap qoy qısa cümlələr olsun), arzularını sözə çevirən kimi kitabdakı mətni də qavraya bilir. Ancaq nitqin inkişafı kimi bu qabiliyyət də hər uşaqda eyni vaxtda inkişaf etmir. Bu da böyüklərlə, kitablarla ünsiyyətdən doğan bir qabiliyyətdir və hər bir valideynin öhdəsinə düşən bir vəzifədir.

Tarix
2014.07.24 / 08:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla