Ana səhifə Toplum |
Bakının yol təsərrüfatına 7 min manata yaxın ziyan dəyib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ötən gecə saat
00:00-01:00 radələrində Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq
daşıyan iri tutumlu avtomobilin qəzaya uğraması nəticəsində yol
təsərrüfatına ciddi ziyan dəyib: "Belə ki, yolda 72 poqonmetr əyri
xətli tir (təhlükəsizlik səddi), onun üzərində olan 24 ədəd
işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi
aşıb.
Onun sözlərinə görə, "Azəyrolservis" ASC-nin əməkdaşları tərəfindən
dəymiş ziyan ilkin olaraq təqribən 7 min manat dəyərində
qiymətləndirilib, akt tərtib olunub.
P.Mürsəliyev deyib ki, hazırda həmin avtomobilin yoldan kənarlaşdırılması istiqamətində iş görülür, hadisə yerinə qaldırıcı kran cəlb olunub.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tarix
2014.08.23 / 11:37
|
Müəllif
Axar.az
|