Yuxarı

BBC-dən acı etiraf: Azərbaycanlılar qırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüfuzlu media orqanı olan BBC dünyanın İraqda yezidlərə yardım kompaniyası keçirdiyi bir vaxtda Azərbaycan mənşəli türkmanların unudulduğunu yazıb.

Axar.az xəbər verir ki, məqalədə Kərkükün cənubundakı türkmanların yaşadığı kiçik şiə qəsəbəsi olan Əmirlinin 2 aydır ki, terrorçular tərəfindən mühasirədə olduğu bildirilib.

Ətraf kənd və qəsəbələrdə qırğınlar törədən İŞİD terrorçularının mühasirəsində olduğu qəsəbədən reportaj hazırlayan BBC burada insanların dərman çatışmazlığından və acından qırıldığını qeyd edib.

"Mosul hücumundan sonra Əmirli ətrafındakı bütün türkman kəndləri İŞİD-in əlinə keçdi. İnsanları öldürüb cəsədlərini görülsün deyə kəndlərin kənarına toplayıblar", - deyə qeyd olunan yazıda qəsəbə sakinlərinin əksəriyyətinin şiə olduğu və bu səbəbdən də İŞİD tərəfindən "dindən dönmüş" sayılıb birbaşa hədəfə çevrildiyi ifadə olunub.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə, kənddə duzlu sudan başqa heç nə yoxdur:

"Yalnız duzlu su var. O da ishal və digər xəstəliklərə gətirib çıxarır. Mühasirə başlanandan bəri 50-dən artıq adamı itirmişik. Susuzluq və xəstəlikdən ölənlər arasında uşaqlar da var. Humanitar yardım demək olar ki, yoxdur. Hərdən vertolyotla gətirilir".

Kənd ağsaqqallarının qəzetə verdiyi məlumata görə, 20 min türkman ölümlə qarşı-qarşıyadır:

"Humanitar fəlakətlə qarşı-qarşıyayıq. 20 min türkman ölümlə çarpışır. Uşaqlara üç gündə bir dəfə yemək veririk. Azuqəmiz yoxdur. İnsanlar çox cüzi yaranmış yaralardan ölür. Çünki müalicə edə bilmirik. Qəsəbəni bizdən başqa müdafiə edən yoxdur. Özümüzü və torpağımızı qorumaq üçün döyüşürük. Döyüşənlər arasınıda 13 yaşlı uşaqlar da var. Bu da bizim cihadımızdır".

Tarix
2014.08.23 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla