Yuxarı

Rusiyada ciddi hərəkətlənmə: Hərbi doktrina dəyişir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun genişləndirilməsi, raket əleyhinə müdafiə problemləri və Ukraynadakı vəziyyət Rusiyanı 2014-cü ilin sonunadək hərbi doktrinasını dəqiqləşdirməyə məcbur edir.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Təhlüksizlik Şurası katibinin müavini Mixail Popov bu barədə məlumat verib:

"Mən şübhə etmirəm ki, NATO-ya üzv ölkələrinin hərbi infrastrukturlarının ölkəmizin sərhədlərinə yaxınlaşması məsələsi, o cümlədən blokun genişləndirilməsi Rusiya Federasiyası üçün xarici hərbi təhlükələrdən biridir".

Onun sözlərinə görə, ABŞ və NATO-ya üzv dövlətlərinin öz strateji hücum potensiallarını artırmaq cəhdləri getdikcə daha aydın görünməkdədir.

"Xüsusilə də ABŞ Baltikyanı ölkələrdə NATO hərbi qruplaşmalarını daha da gücləndirir", - Popov bildirib.

Təhlükəsizlik Şurası katibinin müavinin fikrincə, "rəngli inqilablar" siyasətinin növbəti mərhələsi olan Ukraynadakı durum da təhlükə ifadə edir. Popov Ukrayna barədə danışarkən qeyd edib ki, Krıma qarşı aqresiya bundan irəli gələn bütün sonuclarla birlikdə Rusiyaya qarşı aqressiya kimi qiymətləndiriləcək.

Xatırladaq ki, Rusiyanın hazırkı hərbi doktrinası dörd il əvvəl - 2010-cu ildə qəbul edilib.

Tarix
2014.09.02 / 12:20
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla