Yuxarı

FHN-dən yeni layihə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə "Avropa İttifaqının (Aİ) tikinti standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi" layihəsinin təqdimat mərasimi olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, Azərbaycanla Avropa İttifaqı arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə mühüm əhəmiyyətə malikdir. "Tvinninq" aləti namizəd ölkələrə Aİ-nın genişləndirilməsi ərəfəsində institusional baxımdan yardım etmək məqsədinə xidmət edir. Ən prioritet sahələrdə mütləq nəticələrin əldə olunması ilə səciyyələnən "tvinninq" aləti mövcud problemlərin birgə səylərlə həll edilməsini, spesifik sahələrdə ən yaxşı təcrübənin götürülməsini və mübadiləsini nəzərdə tutur, Aİ-nin norma və standartlarının milli qanunvericiliyə mərhələlərlə daxil edilməsini təmin edir. FHN layihənin icra mərhələlərində inzibati dəstəyini göstərmiş və bu proses davam edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel çıxış edərək Avropa İttifaqının Azərbaycanla uğurlu əməkdaşlığından bəhs etmiş, bu cür layihələrin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıblar.

Layihənin rəhbərləri - Almaniya İnşaat Texnologiyaları İnstitutunun nümayəndəsi Gerhard Breytşaft və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov layihənin komponentləri haqqında geniş məlumat veriblər. Bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Tvinninq" alətinin öz fəaliyyətində tətbiqinə maraq göstərərək, 2010-cu ildə tvinninq üçün layihə ideyasını təqdim edib. Agentlik tərəfindən irəli sürülən layihə ideyasına görə, tikintidə normativ sənədlərin Avropa standartları ilə uyğunlaşdırılması imkan və dərəcəsinin öyrənilməsi, tikinti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsində Avropa təcrübəsinin öyrənilməsi və ölkənin tikinti sahəsini tənzimləyən mövcud normativ sənədlər sistemindən Avropa standartlarına keçid üçün ilkin şəraitin yaradılması məqsəd kimi qarşıya qoyulub.

Layihənin icrasına Avropa İttifaqının 5 ölkəsi – Almaniya, Avstriya, Böyük Britaniya, Sloveniya və Litva maraq göstərərək, öz təkliflərini təqdim ediblər. Öz potensial və idarəetmə imkanlarına görə, eləcə də Agentliyin fəaliyyəti ilə uyğunluq baxımından tvinninq layihəsi üzrə tərəfdaş ölkə olaraq Almaniya Federativ Respublikası, inzibati tətbiqedici orqan isə Almaniyanın İnşaat Texnologiyaları İnstitutu (DIBt) seçilmişdir. Eyni zamanda layihənin icrasına Almaniya tvinninq heyəti tərəfindən Latviya ekspertləri cəlb olunmuş, layihəyə federal hökümət tərəfindən inzibati və maliyyə dəstəyi təmin olunub.

Tərəflər arasında Tvinninq kontraktı imzalanmış, məqsəd, vəzifələr, komponentlər, fəaliyyət istiqamətləri, büdcə xərcləri müəyyənləşdirilmişdir. Kontrakt imzalandıqdan sonra 2014-ci ilin iyun ayının 2-dən layihənin icrasına rəsmi start verilib.

Layihənin ümumi məqsədi Avropa İttifaqının tikinti standartlarına keçidin təmin edilməsi və ən yaxşı təcrübənin mənimsənilməsi yolu ilə Azərbaycan Respublikasında tikintinin təhlükəsizliyini və texniki keyfiyyətini yüksəltməkdir.

Büdcəsi 900 min Avro təşkil edən və 18 aylıq müddətə hesablanmış "Avropa standartlarına keçid sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəstəyin göstərilməsi" layihəsinin bilavasitə icrası 2014-2015-ci illəri əhatə edəcək.

Tarix
2014.09.23 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla