Yuxarı

İsrailli ekspert: “Azərbaycanın səbri tükənmək üzrədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bilirsiniz, təəssüf hissi ilə bildirmək lazımdır ki, son 20 ildə BMT Nizamnaməsinin prinsipləri, ümumiyyətlə, beynəlxalq hüquq real təcrübədn nəzəriyyəyə çevrilib".

Bu sözləri Axar.az-a açıqlamasında İsraildən olan ekspert Arye Qut deyib.

O, ABŞ-ın separatizmdən əziyyət çəkən ölkələrə lazımı diqqət göstərməli olduğunu bildirib:

"Postsovet məkanında baş verən hadisələr, xüsusi ilə Ukrayna hadisələri onu göstərdi ki, ölkələr özünü müdafiə etməyi bacarmalıdır. Bunu İsrail dövlətinin timsalında görmək olar. Avropanın mərkəzində yerləşən 50 milyonluq Ukrayna özünü qoruya bilmədi. Çünki ölkəylə ordu çox ağır vəziyyətdədir və bunun günahı ilk növbədə ölkəni idarə edən şəxslərin boynundadır. Ukrayna böhranı onu da göstərdi ki, nə Qərb, nə də ABŞ bu münaqişələri dərindən bilir, hətta ümumiyyətlə, xəbərləri yoxdur. Bu vəziyyətdə onların münaqişələrin həllində heç bir strategiyaları da yoxdur. Qərb ölkələri və ABŞ Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi separatizmdən əziyyət çəkən bu ölkələrə lazımi və önəmli diqqətini göstərməlidir. Bu baxımdan Azərbaycanın regionda siyasət strategiyası düzgün seçilib. Azərbaycan Respublikası qüdrətli və güclü geosiyasi potensiala malik olan ölkə kimi, öz hərbi potensialını və gücünü gündən-günə artırır. Özünü müdafiə edə bilən dövlət, regionda xüsusi geosiyasi çəkisi olan güclü dövlət, istənilən zaman öz ərazi bütövlüyünü qoruya biləcək. Rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistan dərk etməlidir ki, Azərbaycanın səbri tükənmək üzrədir. Rəsmi Bakı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini yalnız özünümüdafiə amili kimi yox, həm də beynəlxalq normalara əsasən azad etmək hüququna malikdir".

Tarix
2014.09.23 / 17:17
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla