Yuxarı

Rus politoloqdan Azərbaycan siyasilərinə sərt ittiham – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya qarşı real şəraitin nə dərəcədə uğurlu alınacağı və Bakının antirusiya koalisiyasında iştirak etməyəcəyi onun daxili siyasətində olduğu kimi, xarici siyasətindəki situasiyadan da asılıdır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Azərbaycanda Rusiya əleyhinə xeyli miflərin quraşdırıldığını bildirib:

"Azərbaycanda Amerikanın pulu ilə Rusiyaya qarşı çoxlu miflər yaradılır. Bəzi analitiklər Azərbaycan KİV-ləri vasitəsilə Kreml sahiblərinin imperiya istəkləri olması ilə cəmiyyəti qorxudurlar. Məsələn, Azərbaycan Demokratik Partiyasının rəhbəri Sərdar Cəlaloğlu Azərbaycan ordusunun Rusiyaya qarşı istifadə mümkünlüyünü və bunun Rusiyanı məhv edəcəyini açıq-aşkar deyir. Aqil Səmədbəyli həmçinin, "Yeni Müsavat" qəzetinin səhifələrində Rusiyanın parçalanmasını proqnozlaşdırır. Bax bu cür məsuliyyətsiz publisistlər "türkün birinci düşməni – Rusiyadır" şüarları ilə çıxış edirlər. Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hərbçilərindən ibarət "Turan ordusunun" yaradılması ilə bağlı fantastik proyektlərlə çıxış edirlər. Yəni Rusiyaya qarşı aqressiv xarakter daşıyan ideoloji hücumlar həyata keçirirlər. Rusiyaya qarşı real şəraitin nə dərəcədə uğurlu alınacağı və Bakının antirusiya koalisiyasında iştirak etməyəcəyi onun daxili siyasətində olduğu kimi, xarici siyasətindəki situasiyadan da asılıdır. Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var. Ümidvaram, sağlam fikir qələbə qazanacaq".

Tarix
2014.09.26 / 12:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla