Yuxarı

“Elə bu gün onlarla insan həlak olub”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyatəçilər və ekspertlər yeni parlamentin uzunömürlü olacağına inanmırlar".

Bu sözləri Ukraynada işgüzar səfərdə olan politoloq Elxan Şahinoğlu ölkənin son durumu barədə Axar.az-a məlumat verərəkən dedi. Onun sözlərinə görə, Ukraynada vəziyyət əvvəlki tək ağırdır:

"Bu məsələləri araşdırmağa çalışıram. Ukraynada vəziyyət əvvəlki tək ağırdır. Ukrayna və Kiyevi ağır qış gözləyir. Digər tərəfdən separatçılar atəşkəsə riayət etmirlər".

Bir gün ərzində onlarla insanın həlak olduğunu deyən politoloq yeni müharibə dalğasını istisna etmir:

"Elə günü bu gün onlarla insan həlak olub. Ukrayna parlament seçkisinə gedir. Ancaq görüşdüyüm hakimiyyət təmsilçiləri, siyasətçilər və ekspertlər yeni parlamentin uzunömürlü olacağına inanmırlar. Çünki yeni parlamentin peşəkar səviyyədə çalışması üçün heyət fərqlidir. Təmasda olduğum insanlar müharibənin yenidən başlayacağı ehtimalını istisna etmirlər".

Politoloqun sözlərinə görə, iqtisadi böhran ölkəni cənginə alıb:

"İqtisadi və sosial durum ağırdır. İnflyasiya günbəgün artır, milli pul dəyərdən düşür".

Tarix
2014.10.02 / 01:34
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla