Yuxarı

İran vətəndaşı Bakıda meydan sulayır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran vətəndaşı Bakının mərkəzində məskunlaşaraq bina sakinlərini uzun illər istifadə etdikləri kommunal xidmətlərdən məhrum edib.

Bu barədə Axar.az-a Yaradıcı Qadınlar Assosiasiyanın prezidenti, incəsənət üzrə fəlsəfə doktoru, tanınmış rəssam Afaq Hüseynzadə məlumat verib. O, 32 ildir ki, Xaqani küçəsi 11-də öz emalatxanasında yaradıcılıqla məşğul olur.

Yersiz gəldi, yerli qaç!

2012-ci ildə həmin ünvanda məskunlaşan İran vətəndaşı Mahmud Haqhari ona və binanın digər sakinlərinə ciddi maneələr yaradıb, istifadə etdikləri pilləkənləri, giriş qapılarını, ayaqyolunu zəbt edərək söküb. A.Hüseynova isə tikililərin bərpası üçün Səbail Rayon Məhkəməsinə müraciət edib:

"Fəaliyyət göstərdiyim bina və onun həyəti öz əvvəlki əzəmətini itirib. Mahmud Haqhari binanın həyətində özbaşına tikililər aparıb, əvvəl iki ayaqyolunun qabagını qıfıllı dəmir dərvaza ilə bağladı ki, istifadə edə bilməyim. Sonra da onları və özünə məxsus pilləkəni sökdü. Eyni zamanda, binada yanğın zamanı dama qalxmaq üçün qurulan pilləkəni zəbt edərək qıfıllı dəmir darvaza ilə bağladı".

Haqhari hansı məqsədlə Bakıya gəlib?

Nəhayət, uzun çəkən mübahisələrdən sonra məhkəmə 2014-cü il aprelin 18-də qətnamə qəbul edib. Sənəddə iddiaçının tələbləri təmin edilməyib:

"Məhkəmə də onun qanunsuz hərəkətlərinə heç bir qiymət vermədi. Haqhari Mahmud özünü elə aparır ki, sanki Bakının mərkəzində yerləşən həyətimiz onun şəxsi mülküdür. Halbuki, məhkəmə sənədlərini araşdırarkən heç onun mənzilinin texniki pasportu tapılmadı. O hansı məqsədi güdür? Həyətdən məni çıxarıb gizli casusluq fəaliyyəti ilə məşğul olmaq istəyir?"

Səbail Rayon Məhkəməsinin tam qərəzli mövqe tutduğunu iddia edən rəssam məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını vurğulayıb:

"Məhkəmə sökülən ayaqyoluları qanunsuz tikili kimi qiymətləndirərək ona uyğun qərar verib. Şəhərin mərkəzində qədim arxitekturalı, Sovet dövrünü yaşamış binalarda özbaşına tikili ola bilməz. Layihə-sxem olmadan həmin sahəyə özbaşına tikili kimi qiymət verməq qanunsuzdur. Mübasəli ərazidə bina mövcud olandan iki ayaqyolu olub. Bu faktı binada yaşayanlar, qonaqlar, həmin əraziyə xidmət edən müvafiq orqanlar, səlahiyyətli şəxslər təsdiq edib".

Rəssam maddi və mənəvi zərərin ödənməsini tələb edir

A.Hüseynova məhkəmədə həmçinin, ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb etdiyini bildirib:

"Mahmud Haqhari ayaqyolunu sökəndən sonra kanalizasiya borularını düz birləşdirməyib. Ona görə də emalatxanımın divarı tam yaşdır və bütün işlərim zay olur. Aparılan söküntü nəticəsində mənə təxminən 910 manat məbləğində ziyan dəyib. Xeyli müddətdir ki, müsibətlər içərisindəyəm, əsəb xəstəliyinə tutulmuşam. Dəfələrlə həkimə müraciət etməyə və dərmanlar qəbul etməyə məcbur olmuşam; stresslər keçirmişəm, mənəvi əzab çəkmişəm. Mənə vurduğu maddi və mənəvi ziyanını ödəməsini tələb etdim".

A.Hüseynzadə ona dəyən mənəvi zərəri 25 min manat məbləğində dəyərləndirib. Məhkəmə isə işdəki çoxsaylı sənəd və sübutlara, foto-video materiallara, şahid izahatlarına əhəmiyyət verməyərək, iddiasını təmin etməyib. Buna görə də rəssam Ali Məhkəməyə müraciət etmək qərarına gəlib.

Tarix
2014.10.20 / 16:49
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla