Yuxarı

“Bu qətl ailə dramıdır, onun üzü göstərilməməlidir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu bir ailə dramı ola bilər, amma bunun nə dərəcədə doğru olub-olmadığını bilmirik. Həmçinin, qətli törədən tələbənin yaşının 18 olması ilə bağlı yayılan informasiyalar aydın deyil və böyük ehtimalla o yaşa çatmayıb".

Bunu Axar.az-a açıqlamasında Günel Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilməsinə KİV-in yanaşmasını şərh edərkən media eksperti Ələsgər Məmmədli deyib. Onun sözlərinə görə, bu məsələ bir daha jurnalistikanın peşəkarlıq probleminin dərinliyini göstərdi:

"Media yenə də bu tip məsələdə cinayətin şişirdilməsinə, şayiələrin informasiya kimi ötürülməsinə səbəb oldu: eyni zamanda, baş verən hadisə tam çözülmədən, hüquq-mühafizə orqanlarının rəsmi açıqlamaları olmadan çeşidli dedi-qodular qismində, müxtəlif formada təqdim edildi. Təqsirləndirilən şəxsin gerçək cinayətkar olub-olmadığı sübut edilmədən onu cinayətkar elan etməklə, mediamız qeyri-peşəkarlıq nümayiş etdirdi".

Ekspertin sözlərinə görə, media məsələyə şəxsi həyat prizmasından yanaşmalıydı:

"Öldürülmüş və ya cinayətə qurban getmiş birisinin şəxsiyyətinin bu şəkildə açıq verilməsi, atasının harada işləməsi və əlaqəsi olmayan informasiyaların bir-birinə bağlanması doğru deyil. Media buna şəxsi həyat prizmasından yanaşmalıydı".

Xatırladaq ki, oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. Araşdırmalar zamanı G.Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Tarix
2014.10.24 / 16:56
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla