İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Planet |
Rusiya Əmanət Bankı Avropa Birliyi Məhkəməsinə sanksiyaların ləğv edilməsi iddiası ilə müraciət edib.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə bankın mətbuat xidmətindən məlumat veriblər. AB və ABŞ-ın Rusiyanın bir sıra bank və şirktlərinə qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq etməsinin fəsadları Rusiya Əmanət Bankından da yan keçməyib.
"Rusiya Əmanət Bankı dünən Avropa Birliyi məhkəməsinə Avropa Birliyi Şurasının Banka qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərarının ləğv edilməsi haqqında iddia ilə müraciət edib", - açıqlamada bildirilir.
Xatırladaq ki, ABŞ və Avropa Birliyi Rusiyanın bir sıra iri maliyyə institutlarına qarşı sanksiyalar tətbiq edib, sonra isə bu məhdudiyyətlər daha da kəskinləşdirilib.
Tarix
2014.10.25 / 00:18
|
Müəllif
Təhminə C.B.
|