Yuxarı

ABŞ-İsrail böhranı: Baş nazir təhqir edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyinin adı açıqlanmayan bir rəsmisinin İsrail Baş naziri Benyamin Netanyahu üçün "qorxaq" və "öz maraqlarını düşünən" ifadələrini işlətməsi iki ölkəni qarışdırıb.

Axar.az xəbər verir ki, "Atlantik" ("The Atlantik") jurnalına müsahibə verən Cefri Qoldberqin bu barədə verdiyi açıqlama İsraili hərəkətə gətirib.

Qoldberqin sözlərinə görə, adı çəkilməyən bu şəxs İsrail-Fələstin sülh müzakirələrində İsrailin əməli addımlar atmaması və İranın nüvə məsələsində bu ölkənin "qorxaq" davranmasını açıqlayıb. Ağ Ev rəsmisi Netanyahunun sülhdən çox, öz siyasi maraqlarına uyğun hərəkət etdiyini deyib.

İsrailin cavabı özünü gecikdirməyib. Qalmaqal o dərəcədə böyüyüb ki, baş nazir bu iddialara cavab verərək İsrail xalqını müdafiə etdiyini deyib:

"Mənə qarşı bu hücumların yeganə səbəbi İsrail dövlətini müdafiə etməyimdir. Bu hücumlara baxmayaraq, İsrail xalqını müdafiə etməkdə davam edəcəyəm".

Yaranan bu qalmaqala rəsmi Vaşinqton da səssiz qalmayıb. Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası, Senat bu sözlərin ABŞ mövqeyini əks etdirmədiyini açıqlayıb.

Ağ Ev sözçüsü Coş Ernest deyilənlərin ABŞ siyasətindən uzaq olduğunu bildirib:

"Bu sözlər zərərvericidir. Kameralar qarşısında deyirəm ki, bu sözlər ABŞ-ın mövqeyini və ABŞ prezidentinin fərdi fikrini əks etdirmir".

Tarix
2014.10.30 / 01:26
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla