Yuxarı

Bərzanidən şok etiraf: “Türkiyə olmasaydı…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani İŞİD-ə qarşı döyüşlərdə Türkiyənin əvəzsiz kömək etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, Bərzani Türkiyənin köməyi sayəsində bu günə qədər mübarizəni davam etdirdiklərini deyib:

"Türkiyənin razılığı və köməyi, bir də ABŞ-ın dəstəyi olmasaydı, peşmərgə qüvvələrinin Kobaniyə getməsi mümkün olmazdı. Hazırda Kobaniyə nə qədər peşmərgə lazımdırsa verməyə hazırıq".

Açıqlamasında İŞİD-in törətdyi qətllərin islamla əlaqəsi olmadığını deyən Bərzani kürdlərin irqçi soyqırımla qarşı-qarşıya qaldığını bildirib: "Kobani üzərində təhlükə yarandığı gündən bölgəyə yardım etməyə çalışırıq. Ancaq Kobaninin coğrafi quruluşu və terrorçu qruplar tərəfindən mühasirəyə alınması bizim əl-qolumuzu bağlayırdı".

Daha sonra Kobaniyə yardım etmək üçün ABŞ və digər ölkələrlə danışıqlar apardıqlarını deyən Bərzani Kerrinin Türkiyəni razı salmağa çalışdığını açıqlayıb: "Kobaninin təhlükəsizliyi üçün bütün dostlarımızla danışıqlara başladıq. ABŞ Dövlət katibi Con Kerri mənə zəng vuraraq Türkiyəni razı salacağını dedi. Bundan sonra ABŞ və Türkiyə rəhbərliyi ilə dəfələrlə görüşdük. Çünki bu ölkələrin razılığı olmadan peşmərgəni Kobaniyə göndərə bilməzdik".

Tarix
2014.10.30 / 16:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla