Yuxarı

Nazir Bakı polisini ayağa qaldırdı – Motosiklet “ovu” başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Bakıda motosikletlərə qarşı xüsusi reyd keçirilir.

Aznews.az-ın xəbərinə görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yol polisi və post patrul avtomobilləri ilə axtarış aparırlar. Əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin alay komandiri Rəşadət Babayev (302), Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) rəhbərlik edir. Gecə saatlarından başlayan əməliyyat nəticəsində bu dəqiqələrədək 11 motosiklet saxlanılaraq, dayanacaqlara aparılıb.

Əməkdaşımız gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib. Məlum olub ki, bu gün 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozub.

Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıdakı əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkəti qaydalarını tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib. Bundan sonra "motosiklet ovuna" start verilib.

Hazırda əməliyyat davam edir.

Tarix
2014.11.21 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla