Yuxarı

İŞİD Mosulda Səddamın taktikasından istifadə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Mosulda işğal etdiyi ərazilərə ərəb ailələri yerləşdirərək ərəbləşdirmə siyasəti apardığı iddia edilir.

Axar.az xəbər verir ki, bu barədə danışan Kürdüstan Demokrat Partiyası nümayəndəsi Said Məmuzini İŞİD-in işğalı altındakı Beyci və Ramadi rayonlarından gətirdiyi 218 ərəb ailəsini Mosulda yerləşdirdiyini deyib.

Məmuzini təşkilatın kürd kəndlərinə yerləşdirdiyi ərəbləri silahlandıraraq peşmərgə qüvvələrinə qarşı istifadə etdiyini qeyd edib. İŞİD-in müharibəyə getməyən gəncləri 1200 dollar məbləğində cərimələdiyi iddia edilir.

Qeyd edək ki, İraqın sabiq lideri Səddam Hüseyn dövründə də kürd və türk bölgələrində ərəbləşdirmə siyasəti aparılıb. Onun dövründə türkmanlar mühacirətə vadar edilirdi. 1960-cı ildə Kərkükün 95 faizi türk idisə, 20 il sonra bu rəqəm 75 faizə qədər düşmüşdü.

Tarix
2014.11.21 / 20:22
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla