Yuxarı

Azərbaycanda yaşayan vəhhabiləri nə gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Din pərdəsi altında Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər sərt şəkildə cəzalanacaq.

Axar.az xəbər verir ki, son zamanlarda ölkədə dini-radikalizmə qarşı aparılan mübarizə - "İslam xilafəti"nə qoşulan azərbaycanlı vəhhabilərin iqtisadi bazalarının məhvinə yönəlik bəyanatlar, ardınca keçirilən bir neçə uğurlu əməliyyat, mühüm həbslər porsesin hələ bitmədiyinə işarədir.

Bu gün dini radikalizmə qarşı mübarizənin kəskinləşdiyi bir vaxtda Suriya və İraqda terrorçulara qoşulmaq istəyən və ölkə daxilində çaxnaşma yaratmağa cəhd edənlərə daha bir xəbərdarlıq gəlib.

APA-ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkədə radikal yönümlü dini qruplara qarşı mübarizənin bundan sonra da aparılacağını deyib: "Din pərdəsi altında kimsə siyasi məqsədlərinə çatmaq, kimlərsə özlərinin iqtisadi, merkantil maraqlarını ifadə etmək, kimlərsə bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər etmək istəsə, onların qarşısı bütün vasitələrlə alınacaq, alınmalıdır. Burada başqa bir variant, fikir yoxdur".

Qurum rəhbəri Azərbaycanda radikal dini qrupların təbliğatına uyanların az olması, onların apardığı təbliğatın istənilən nəticə verməməsi, o cümlədən hüquq-mühafizə orqanlarının, yerlərdə İcra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların apardıqları işlərin bütövlükdə xeyli dəyişiklik yaratdığını desə də, verilən bəyanatlar onu göstərir ki, bu sahədə işlər hələ yekunlaşmayıb.

Axar.az-ın məlumatına görə, ilin müəyyən vaxtlarında (xüsusən ziyarət mövsümündə) vəhhabilərin ölkəyə giriş-çıxışının yoxlanılması, Suriya və İraqa gedən azərbaycanlıların əlaqədə olduğu şəxslərin daimi nəzarətdə saxlanılması və terrorçulara qoşulan azərbaycanlıların ölkə ilə əlaqəsini kəsmək kimi addımlar atıla bilər.

Tarix
2014.11.22 / 08:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla