Yuxarı

Təqdimat keçirildi: təsisçinin adı gizli saxlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sahibkarlığın inkişafına dəstək məqsədi ilə yeni şirkət fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, 3 fiziki şəxsin təsisçiliyi ilə yaranan şirkətin bu gün Beynəlxalq Ticarət Mərkəzində keçirilən təqdimat mərasimində müxtəlif iş adamları, şirkət təmsilçiləri, millət vəkilləri və mətbuat nümayəndələri iştirak edib.

"ARK Business Solutions" (hərfi tərcüməsi Nuhun gəmisi deməkdir) adlanan şirkətin təsisçilərindən biri Xəyal Məmmədxanlı tədbirdə çıxış edərək bildirib ki, yeni şirkət ölkəmizin iqtisadi həyatında mühüm rola malik olacaq. Korporativ idarəetmə standartlarının təbliği və tətbiqini əsas məqsədinə çevirən şirkət bütün hüquqi şəxslərə, xüsusi ilə də orta və kiçik sahibkarlıq subyektlərinə idarəetmə sahəsində hərtərəfli məsləhətlər verəcək. Həmin subyektlərə fəaliyyət səmərəliliyinin artırılması, komandaların formalaşdırılması və peşəkarlaşdırılması, korporativ imic və stilinin modernləşdirilməsi, müasir texnologiyaların fəaliyyətlərində tətbiqində kömək edəcək. Yeni şirkət satış və marketinq fəaliyətinin düzgün qurulmasında da biznes subyektlərinə faydalı məsləhətlər verəcək.

Xəyal Məmmədxanlı hesab edir ki, təsisçilərindən biri olduğu şirkət onlara müraciət edəcək istənilən sahibkarlıq subyektini güclənmək, rəqabət qabiliyyətini artırmaq, hətta bir dünya brendinə çevirmək üçün lazım olan potensiala sahibdir:

"Amalımız Azərbaycan şirkətlərini dünya brendlərinə çevirmək, onların xidmət və məhsullarını dünya bazarında görmək və bu istiqamətdə öz peşəkaf komandamızla bütün sahibkarlarımıza xidmət göstərməkdir".

Bunun üçün şirkət Azərbaycan sahibkarları üçün Nuhun gəmisi rolunu oynayacaq. Lakin bu gəmini idarə edəcək 3 təsisçidən birinin adı hələlik açıqlanmır.

Axar.az-a açıqlamasında Xəyal Məmədxanlı bildirib ki, digər təsisçi Əşrəf Dadaşovdur. Üçüncü şəxs əcnəbidir və onun adının açıqlanması hələlik məsləhət deyil:

"Həmin şəxs Azərbaycanda başqa layihədə iştirak edir. Bu səbəbdən müvəqqəti olaraq onun adı bu layihədə açıqlanmır".

Tarix
2014.11.22 / 02:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla