İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Planet |
Ukrayna Rusiya və Abxaziyanın strateji əməkdaşlıq haqqında müqaviləsini tanımır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin rəhbəri Yevgeni Perebiynis çıxış edib.
O, bu müqaviləni provokasiya adlandırıb və müqavilənin Qara dəniz regionunda situasiyanı destabilləşdirməyə xidmət etdiyini deyib. Perebiynis Kiyevin bu işdə Tiflislə həmrəy olduğunu bildirib.
Qeyd edək ki, Abxaziya və Rusiya 24 noyabrda strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilə imzalayıb.
Tarix
2014.11.26 / 00:47
|
Müəllif
İlkin Həsənov
|