Yuxarı

18 sahibkar marşrutdan uzaqlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir və nazirlik tərəfindən bu istiqamətdə müntəzəm şəkildə lazımi reydlər aparılır, lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb.

M.Pənahov bildirib ki, lakin təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılır. Pənahovun sözlərinə görə, son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb.

Nazir müavini deyib ki, ictimai nəqliyyatda rəqabətin artırılması üçün "Baku Bus" şirkəti yaradılıb ki, bu da ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də gətirib çıxaracaq: "Bu, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə imkan verəcək".

"Baku Bus" şirkəti Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılıb. Onun üçün Fransanın "Iveco" şirkətindən "Crealis CNG" markalı 150 avtobus alınıb. Bu avtobuslar müasir ekoloji standartlara (Avro-6) cavab verir və qazla işləyir. Onlarda GPS sistemləri quraşdırılıb.

Tarix
2014.11.26 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla