Yuxarı

Zakir Həsənov tapşırıq verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri "Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri" mövzusunda geniş nitq ilə çıxış edib.

Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul edilib.

Müdafiə nazirinin əmrinə əsasən 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Elə həmin gün toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub və praktiki tapşırıqları icra ediblər.

Tarix
2014.11.26 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla