Yuxarı

Qızıl 5 il əvvəlki qiymətinə düşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya bazarında qızıl son 4 ildə ən aşağı qiymətə təklif edilir. Son 1 ildə 4 faiz dəyər itirən sözügedən qiymətli metal ötən 6 ayda 8 faizə yaxın ucuzlaşıb. Qramı 38, unsiyası 1200 dollara təklif edilən qızıl 5 il öncəki qiymətinədək geriləyib".

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov fikirlərini bölüşüb.

O bildirib ki, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2013-cü ildən başlayaraq ciddi dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı:

"Böhran qızıla olan tələbatı artırsa da, sonrakı mərhələdə bu qiymətli metala olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar o zaman öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızal çevirən bir sıra ölkələr, o cümlədən, Çin və Hindistan qızıl külçələr və sikkələri 2013-cü ildən başlayaraq bazara çıxarıb ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir".

Ekspert azalma tendensiyasının 2014-cü ilin son aylarına kimi davam edəcəyini bildirib:

"Bir sıra inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-da real sektorda gəlirlik normasının yüksəlməsi investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub. Azərbaycanda da son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşməsinə dünya bazarındakı dəyişikliklərlə yanaşı, qızılın yığım vasitəsi kimi praktik olaraq istifadə olunmamasıdır. Əvvəllər vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil. Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa, dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb. Əvvəllər qadınlar bahalı və ağır qızıllardan istifadə edirdisə, bu gün az çəkili qızıldan istifadə halları artıb. Bazardakı durğunluq bu ilin sonunadək davam edəcək. Başqa tərəfdən, Məhərrəm ayının başlaması ilə bağlı olaraq Azərbaycanda toy və şənlik mövsümünə ara verilib. Bütövlükdə, yaxın zamanlarda daxili bazarda qızılın qiymətində bahalaşma proqnozlaşdırılmır".

Tarix
2014.11.27 / 10:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla