Yuxarı

"Qurdlar Vadisi"ndə məni "öldürməyiblər"

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qurdlar Vadisi" teleserialında Bədri Fincancı rolunu ifa edən Volkan Özgöməç Bakıya "Nereye" tamaşasının quruluşçu rejissoru kimi gəlib.

V.Özgöməç Report-a açıqlamasında Bakıya ikinci dəfədir səfər etdiyini bildirib: "Bakıya ikinci gəlişimdir. Azərbaycana ilk dəfə 1990-cı illərin əvvəlində "Dəli Domrul" tamaşası ilə gəlmişdim. Uzun illərdən sonra rejissor kimi Bakıya gəldim. Fəaliyyətimi Ankara Dövlət Teatrında rejissor kimi davam etdirirəm. Serial təklifləri olanda da imtina etmirəm, çəkilirəm. Sizin tamaşaçılar məni "Qurdlar Vadisi" serialından tanıyırlar. Orada Bədri Fincancı obrazını ifa etmişdim. Teatrda işlərimin çoxluğu serial çəkilişlərimə mane olur. Amma "Qurdlar Vadisi"ndə məni "öldürməyiblər". Yəni istədiyim zaman seriala qayıda bilərəm".

Tamaşaçıların yaddaşında ifa etdiyi mənfi rollarla qalan aktyor zahiri görkəminə görə, müsbət obrazların ona təklif edilməməyindən narahatdır:

"Mənim görünüşüm elədir ki, hər dəfə mənfi rollar oynamağa məcbur oluram".

Tarix
2014.11.27 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla