Yuxarı

Həbs edilən ilahiyyatçı Şeyxlə rəsmi səfərdə – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı Hacı Elşən Mustafaoğlunun həbs xəbəri yayılıb. İslamazeri.az saytı yazıb ki, ilahiyyatçı üç gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. E.Mustafaoğlunun yaxınları bildirib ki, dekabrın 19-da barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi bildirilir. Lakin həbslə bağlı rəsmi açıqlama verilməyib.

Axar.az onun Feysbuk səhifəsinə nəzər salıb və məlum olub ki, E.Mustafaoğlu dekabrın 3-də sonuncu paylaşım edib. İlahiyyatçının paylaşdığı fotodan məlum olur ki, QMİ sədri Allahşükür Paşazadə, ilahiyyatçı Hacı Şahin Həsənli və dini cameənin başqa nüfuzlu üzvləri ilə birgə İranda səfərdə olublar.

Onlar İranda dini tolerantlığın möhkəmlədirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak ediblər. QMİ sədrinə yaxınlığı ilə tanınan Mustafaoğlunun həbsinin tam motivi aydın deyil. O, bir neçə ay əvvəl QMİ ilə əməkdaşlığa başlamışdı.

Qeyd edək ki, Mustafayev Elşən Mustafa oğlu 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində "İlahiyyat pedaqogikası və İslam maarifi" ixtisası üzrə ali təhsil alıb.

10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində "fəlsəfə tarixi" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışır.

2001-ci ildən "Mənəvi Saflığa Dəvət" ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.

2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında gənclər siyasəti haqqında" proqramı üzrə ixtisasartırma kursu keçib.

2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin "Azərbaycan-Amerika Media Akademiyası"nın direktoru olub. Ailəlidir, 2 qızı, 1 oğlu var.

Tarix
2014.12.20 / 00:55
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla