Yuxarı

“Azərneftyağ” bağlanır: 2300 nəfərin taleyi necə olacaq?

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci ilin yanvarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərneftyağ" Neft Emalı Zavodunun istismarının dayandırılması prosesi başlayır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə öz Feysbuk səhifəsində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib. Onun sözlərinə görə, artıq ARDNŞ prezidenti zavodla bağlı müvafiq tapşırıqlar verib:

"Aldığımız məlumata görə, zavodun işçilərinin müəyyən hissəsi ixtisar olunacaq, bəzi mütəxəssislər isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işlə təmin olunacaq. Hazırda "Azərneftyağ" Neft Emalı Zavodunda çalışan işçilərin sayı 2300 nəfərdir. Aldığımız məlumata görə, bununla əlaqədar ARDNŞ prezidentinin əmri də var".

Qeyd edək ki, bu ilin noyabrında ARDNŞ prezidenti Rövnəq Abdullayev zavodun yaxın 2-3 ildə istismarının dayandırılacağını, bitum və müəyyən yağ istehsalının isə Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcəyini açıqlamışdı.

Tarix
2014.12.23 / 12:55
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla