Yuxarı

Generallar siyasətə girir: Yeni partiya yarana bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Generallar siyasətə girir: Yeni partiya yarana bilər

"Türkiyədə qondarma "Ərgənəkon" və "Balyoz" əməliyyatları ilə həbsə atılan hərbçilərin azadlığa qovuşduqdan sonra onlara qarşı edilən haqsızlıqlarla bağlı müxtəlif fəaliyyətlərdə olması, İlkər Başbuğun istintaq aparan müstəntiqlərdən və hakimlərdən prokurorluğa şikayət etməsi təbiidir".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

Analitik hətta bu fəaliyyətlərin yalnız həbslərlə bağlı məqamlarla əlaqədar olmayacağını da bildirib:

"Burada başqa bir məqam da odur ki, generalların Gülən camaatına qarşı əks-hücuma keçməsindən ən çox AKP faydalanmağa çalışacaq. Məhz bunun belə olmaması üçün proqnozlaşdırmaq mümkündür ki, qarşıdan gələn parlament seçkilərində keçmiş "ərgənəkonçular" təşkilatlanmış, güclü sağ mərkəzçi partiya olaraq iştirak edəcəklər. Generallar onların həbsində və ümumiyyətlə, onlara qarşı yuxarıda adlarını çəkdiyimiz əməliyyatların həyata keçirilməsində Gülən camaatı ilə yanaşı, Ərdoğanın rəhbərlik etdiyi AKP-nin də iştirakı olduğunu təbii ki, unutmayıblar".

V.Zifəroğlunun sözlərinə görə, başqa bir maraqlı məqam isə bildiyiniz kimi, Türkiyə siyasətində bu gün ciddi sağ-mərkəz probleminin olması ilə bağlıdır və DYP və ANAP-dan sonra bu boşluğu dolduracaq bir qüvvə hələ də ortaya çıxmayıb:

"Bu səbəbdən də generalların belə bir boşluğu dolduracaqlarını və bunu edərlərsə, seçkidə hətta müəyyən səs qazana biləcəklərini ehtimal etmək mümkündür. Unutmaq olmaz ki, AKP-nin seçkilərdə yüksək səs yığmasının önəmli səbəblərindən biri də məhz "sağ-mərkəz" problemi və alternativsizlikdir. Nüfuzlu hərbçi və siyasətçilərin birgə iştirakı ilə yeni partiyanın yaranması isə seçkilərdə ciddi uğur əldə etmək üçün sağlam əsaslar verə bilər".

Tarix
2015.01.01 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla