Yuxarı

Davudoğlunun Davos səfəri: Hədəf AB-dir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun Davos səfəri: Hədəf AB-dir

"Türkiyə 2009-cu ildən etibarən ilk dəfədir ki, baş nazir səviyyəsində Davosda keçirilən illik ənənəvi Dünya İqtisadiyyat Forumunun toplantısına qatılacaq".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, əslində Davudoğlunun foruma qatılmağını rəsmi Ankaranın 2015-ci ildə Avropa Birliyi istiqamətində atmağı planlaşdırdığı addımların tərkib hissəsi kimi qiymətləndirmək olar:

"Davudoğlu İsveçrədəki forumla yanaşı, Avropa Birliyinin üzvləri olan Almaniya, İngiltərə və Belçikaya da səfər edəcək. Səfər çərçivəsində Almaniya kansleri Angela Merkel, İngiltərənin Baş naziri Devid Kemeronla görüşlər və eləcə də Davosda Davudoğlunun 24 yanvar tarixində tək natiq olaraq iştirakçılar qarşısında çıxışı planlaşdırılıb. Ehtimal etmək olar ki, həm görüşlərdə, həm də çıxışda əsas vurğu neftin qiymətinin aşağı düşməsi ilə son iqtisadi durum, Yaxın Şərqdəki vəziyyət və əsasən də Türkiyənin Avropa Birliyi yolu olacaq. Həmçinin, Davudoğlunun qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar yerli diaspor təşkilatları ilə də görüşəcəyini istisna etmək olmaz. İstənilən halda Davudoğlunun Avropa turnesi konkret hədəflərə və məqsədə yönəlib".

Xatırladaq ki, Türkiyə 2009-cu ildən etibarən ilk dəfədir ki, baş nazir səviyyəsində Davosda keçirilən illik ənənəvi Dünya İqtisadiyyat Forumunun toplantısına qatılacaq. 2009-cu ildə Türkiyənin o zamankı baş naziri, indiki Prezident Rəcəb Tayyib Ərdoğanla İsrailin dövlət başçısı Şimon Peres arasında baş verən məşhur "Van minut" qalmaqalından sonra Ankara Davosa baş nazir səviyyəsində qatılmırdı və 2009-2014-cü illər arasında Dünya İqtisadiyyat Forumunda təmsilçi olaraq Türkiyəni baş nazirin müavini Əli Babacan təmsil edirdi.

Tarix
2015.01.07 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla