Yuxarı

Baş nazirin Qəzzafidən üzr istədiyi məktub - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın 73-cü Baş naziri Toni Blerin Liviya lideri Müəmmər Qəzzafidən üzr istədiyi bir məktub ortaya çıxıb.

Axar.az xəbər verir ki, məktubda sabiq baş nazir İngiltərədə məhkəmə kürsüsünə çıxarılan 5 liviyalı müxalifin məhkəmənin "Liviyada işgəncəyə məruz qala bilər" qərarı çıxardıqdan sonra onları Liviyaya göndərməyi bacarmadığı üçün üzr istəyir.

"Sevgili Müəmmər" sözləri ilə başlayan məktub 2007-ci ilin aprelində yazılıb:

"Kədərlənərək söyləməliyəm ki, İngiltərə hökumətinin liviyalı mühacirləri geri qaytarmaq mövzusunda açdığı iddia təmin olunmadı. Məhkəmənin qərarı məni çox təəssüfləndirdi".

Bler məktubunda Qəzzafiyə İngiltərə və Liviyanın anti-terror təşkilatları arasında yaranan "mükəmməl əməkdaşlıq" üçün də təşəkkür etməyi unutmayıb:

"Birləşmiş Krallıq ilə Liviya arasındakı qarşılıqlı əlaqənin daha da inkişaf edəcəyinə ümid edirəm. Xoş diləklərimlə, hər zaman sənin Tonin".

Bildirək ki, insan haqları vəkilləri bu məktubun 2011-ci ildə Liviyada baş verən dövlət çevrilişi zamanı işgəncələrə məruz qalan 12 nəfərin İngiltərə hökumətinə qarşı açdığı məhkəmə prosesində ortaya çıxdığını bildirib.

7 liviyalı, 5 Somali və Liviya əsilli İngiltərə vətəndaşı olan iddiaçılar Toni Blerin hakimiyyəti dövründə İngiltərə və Liviyanın ortaq şəkildə təşkil etdiyi əməliyyatlarda həm liviyalı, həm də ingilis kəşfiyyatçıları tərəfindən işgəncələrə məruz qaldıqlarını iddia etmişdilər.

Məktub ortaya çıxdıqdan sonra Blerin nümayəndələri, "Toni Bler hər zaman işgəncəyə qarşı olub", - sözlərini deməklə kifayətlənib.

Tarix
2015.01.24 / 22:57
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla