Yuxarı

Bakı metrosunda həyəcan: ürəyi gedənlər var – Son dəqiqə/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:25

Elmlər Akademiyası metro-stansiyasında yaşanan sıxlıq vətəndaşlardan bəzilərinə pis təsir edib.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində istifadəçilərdən biri yazıb:

"Qatar 10 dəqiqə tuneldə qalıb, bu da sərnişlər arasında qarışıqlığa səbəb olub. Elmlər Akademiyası metro-stansiyasının qarşısına 1 dəqiqədə 2 təcili yardım maşını gəldi. Sıxlığa görə, ürəyi gedənlər var".

Məsələni diqqətdə saxlayacağıq.

09:40

"Bu səhər 08:26-da Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən 38 saylı qatarda Nizami və Elmlər Akademiyası stansiyası arasında nasazlıq baş verib. Qatar təxminən 10 dəqiqə gecikib".

Bu barədə məlumatı Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.

O, gecikmə zamanı hər hansı xoşagəlməz hadisənin yaşanmadığını bildirib: "Sərnişinlər "Nizami" stansiyasında düşürülüb və qatar depoya göndərilib. İnterval pozulduğundan digər qatarlarda da gecikmə yaranıb. Artıq xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq. Ancaq hər hansı xoşagəlməz hal qeydə alınmayıb".

Tarix
2015.01.28 / 09:40
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla