Yuxarı

İlham Əliyev İranın Maliyyə naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc xəbər verir ki, dövlət başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd edib və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirib.

Nazir Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini deyib.

Dövlət başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Tarix
2015.01.28 / 17:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla