Yuxarı

Nazirin sərt tapşırığı və... - Həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il noyabrda keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik R.Usubovun narkotik ticarətinə qarşı mübarizənin sərtləşdirilməsi barədə qəti tapşırığından sonra Azərbaycan polisi narko-əməliyyatları demək olar ki, gündəlik iş prinsipinə çevirib.

Axar.az xəbər verir ki, ötən gün də ölkədə bu cür əməliyyatlar həyata keçirilib.

Gəncə polisi şəhər sakini, əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərovu yaxalayıb və ondan 2 kiloqram 700 qram marixuana götürüb.

Nəsimi polisi isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Novruzovu saxlayıb və baxış zamanı onda 1,09 qram heroin aşkarlanıb. Nəsimi polisinin (22-ci bölmə) əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyatda isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əhmədovdan 1,775 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ləman Şamxallıya, Hülya Əlizadəyə, Gülnarə Quliyevaya, Sitarə Əliyevaya, Vəsilə Lavkuyevaya, Jalə Mövlanovaya, Günay Mövsümavaya, Cavid Mahmudova, Vəfa Abdullayevaya, Abdulla Abdullayevə və Esmira Xəlilovaya məxsus pul, məişət əşyaları və sənədləri oğurlaması da müəyyən edilib.

Yasamal polisi Bakı şəhər sakini Rakif Hüseynovdan 0,217 qram heroin götürüb. Bununla bərabər, onun Xannənə Ağayevaya, Sevda Məlikovaya, Nərgiz Mərdənovaya, Sura Lütvəliyevaya, Aygün Aslanovaya və Əfsanə Əliməmmədovaya məxsus pul, mobil telefon və sənədləri oğurlaması da üzə çıxıb.

Xatırladaq ki, nazir Ramil Usubovun narko-ticarətə qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi barədə tapşırıq verərkən bildirmişdi ki, hansı səbəbdən olursa-olsun, narkotik ticarətinə şərait yaradan, göz yuman və ya bu haqda əməliyyat məlumatına reaksiya verməyən polis rəisləri və zabitləri sərt şəkildə cəzalandırılacaq. "Əzizlərimin canına and içirəm ki, belələrini bağışlamayacağam", - deyə Usubov xəbərdarlıq etmişdi.

Tarix
2015.01.29 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla