Yuxarı

“İrəvanı son dərəcə ağır günlər gözləyir” – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İrəvanı son dərəcə ağır günlər gözləyir” – Politoloq

"İrəvan öz əhalisinə göstərmək istəyir ki, müharibə şəraitindədir və rus qoşunlarının Ermənistan ərazisində qalması əslində onlar üçün müəyyən avantajdır".

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu Ermənistanın son zamanlar atəşkəsi daha sıx pozmasını şərh edərkən bildirib:

"Bu, daha çox Ermənistanın öz daxilində baş qaldıran anti-Rusiya meyllərindən, eləcə də Rusiya iqtisadiyyatının çökməsi fonunda Ermənistanı qabaqda gözləyən ciddi iqtisadi tənəzzüldən bir növ diqqəti yayındırmaq məqsədi daşıyır. Rusiya ilə bağlı baş verən bütün proseslərin dolayısı ilə Ermənistana da bir vassal olaraq təsir etməsini nəzərə alsaq, o zaman vəziyyəti onsuz da ürəkaçan olmayan rəsmi İrəvanı qabaqda son dərəcə ağır dövr gözlədiyini söyləmək mümkündür".

Politoloq Ermənistanın Avropa Oyunları ərəfəsində narahatlıq yaratmaq istəyi ehtimalına da münasibət bildirib:

"Təbii ki, bunu qarşıdan gələn Avropa Oyunları ilə də əlaqələndirmək olar. Amma bir məqam da var ki, Ermənistan özü də bu oyunlarda iştirak edəcək. Fikrimcə, burada əsas məqam məhz Rusiya faktorudur. İrəvan öz əhalisinə göstərmək istəyir ki, müharibə şəraitindədir və rus qoşunlarının Ermənistan ərazisində qalması, əslində, onlar üçün müəyyən avantajdır. Eyni zamanda qarşıdan gələn iqtisadi sanksiyalar Ermənistana ciddi təsir göstərəcək. Bildiyimiz kimi, Ermənistan iqtisadiyyatı bir müstəqil dövlətin iqtisadiyyatından daha çox Rusiyanın tərkibinə daxil olan bir federasiya subyektinin iqtisadiyyatı şəklindədir. Bu anlamda Azərbaycanla təmas xəttində təxribata getməklə baş qaldıracaq anti-Rusiya əhval-ruhiyyəsini yatızdırmaq və baş qarışdırmaq istəyirlər".

Tarix
2015.01.31 / 10:08
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla