Yuxarı

“Kreml Bakıya görə İrəvanın qulağını dartır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kreml Bakıya görə İrəvanın qulağını dartır”

"Son günlərdə Rusiya-Ermənistan münasibətlərində müəyyən mənada soyuqluq müşahidə olunur. Çünki Rusiya bu gün Ermənistanın gözlədiyi dəstəyi verə bilmir. Bu isə Ermənistanda qıcıq yaradır".

Bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu bildirib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Dağlıq Qarabağda gərginlik baş verəcəyi təqdirdə təşkilatın heç bir hərbi müdaxilə etməyəcəyi barədə fikirlərinə aydınlıq gətirib:

"KTMT bu bəyanatla Ermənistana öz yerini bildirmiş oldu. Böyük kiçiyin qulağını dartdığı kimi, Rusiya da zamanla Ermənistanın qulağını dartır. Bu gün cəbhədə atəşkəsin pozulması və digər hallar birbaşa Ermənistanın günahı ucbatından baş verir. Hazırda Dağlıq Qarabağ münaqişəsinin alovlanması Rusiyaya sərf etmir. Rusiya həmişə bu münaqişənin dondurulmasının tərəfdarıdır. Rusiya Ermənistana zamanla bu xəbərdarlığı edir ki, biz olmasaq, Azərbaycanın qarşısında duruş gətirmək şansınız yoxdur. Bunu Ermənistan da çox yaxşı bilir. Lakin Rusiya Ermənistandan heç vaxt üz döndərməyəcək. Rusiya ilə Ermənistan əlaqələri çoxəsrlik ağa-vassal münasibətlərinə söykənir. Rusiya öz vassalını heç vaxt qapısından qovmaz. Ermənistan Rusiyaya Cənubi Qafqazda forpost rolunu oynamaq üçün lazımdır".

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja erməni jurnalistin sualını cavablandırarkən Dağlıq Qarabağda gərginlik baş verəcəyi təqdirdə təşkilatın hərbi müdaxilə etməyəcəyini bildirib.

Tarix
2015.02.05 / 09:09
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla