Yuxarı

Ya hakimiyyət dəyişikliyi, ya federallaşma... – Nəticə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ya hakimiyyət dəyişikliyi, ya federallaşma... – Nəticə

Bu münaqişə hələ davam edəcək və belə proqnozlaşdırmaq olar ki, ya Rusiyada hakimiyyət dəyişikliyi ilə nəticələnəcək, ya da Ukrayna federallaşacaq.

Bu sözləri Axar.az-a açıqlamasında "Oğuz" müstəqil araşdırmaçılar qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu Minsk razılaşmasına rəğmən, Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi separatçı mübarizəyə münasibət bildirərkən deyib.

O, açıqlamasında Qərbin Rusiyaya qarşı tutmuş olduğu sərt mövqenin dəyişməyəcəyini də bildirib:

"Faktiki olaraq Minsk razılaşması nəticə vermir. Atəşkəsin şərtlərinə riayət edilmir. Belə olan halda Rusiya özü Qərb üçün fərqli yol buraxmır. Ukraynada bütünlükdə post-sovet, Şərqi Avropa uğrunda savaş gedir. Bunu sadəcə, Şərqi Ukrayna və ya Krım miqyasında görmək olmaz. Bu anlamda Qərbin öz təzyiqlərini artıracağı şəksizdir. ABŞ-ın Ukraynanı daha açıq şəkildə silahlandıracağını da söyləmək olar. Minsk razılaşması sadəcə olaraq hər iki tərəf üçün müvəqqəti stabilliyə yarayacaq bir fasilə idi. İstər masada əyləşən münaqişə tərəfləri, istərsə də bu tərəfləri masa arxasında əyləşməyə məcbur edən qüvvələr bilirdilər ki, yaxın zaman ərzində atəşkəsə riayət olunacağı real deyil. Minsk görüşü eyni zamanda ABŞ və Avropanın mübnaqişəyə baxışlarındakı fərqləri korrektə etmələri üçün önəmli idi.

Hazırda masaya çox şey yatırılıb və tərəflərdən hər hansı birinin prinsipial şəkildə güzəştə gedəcəyinə inanmıram. Bu münaqişə hələ davam edəcək və belə proqnozlaşdırmaq olar ki, ya Rusiyada hakimiyyət dəyişikliyi ilə nəticələnəcək, ya da Ukrayna federallaşacaq. Amma ABŞ-ın və ya NATO-nun birbaşa hərbi müdaxilə edəcəyi tam şəkildə istisna edilir. ABŞ birbaşa Rusiya ilə qarşı-qarşıya gəlməyəcək".

Politoloq münaqişə fonunda hazırki iqtisadi böhran faktoruna da toxunub:

"İqtisadi böhran istənilən sahəyə təsir edəcək və Rusiya bunu artıq hiss etməkdədir. Bir məqamı da qeyd edim ki, əgər Rusiya Krımı ilhaq edibsə və hələ də Ukraynanın şərqinə nəzarət edirsə, bu o demək deyil ki, üstünlük Rusiyadadır. Ukraynada hazırki dönəmdə tərəflərdən heç biri üstün mövqedə deyil və bu münaqişə uzandıqca daha çox itkilərlə üzləşəcəklər".

Tarix
2015.02.19 / 09:19
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla