Yuxarı

Döyülən müğənni: "Sanki zombiydilər" - Audio

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Vüqar Muradovun Moskvada meşədə döyülməsi ilə bağlı dünəndən müxtəlif xəbərlər yayılıb. Kimi ifaçının döyüldüyünü, kimi işgəncəyə məruz qaldığını iddia edir. Moskvaya toya dəvət olunan Vüqar Muradova sadəcə tələ qurulub. Guya imişliləri təhqir etdiyi deyilərək, ifaçını 7- 8 nəfər Moskvada ölümcül döyüblər.

Bu barədə ATV.az-a danışan ifaçının olanları, başına gələnləri öz dilindən eşidin:

- Vüqar, keçmiş olsun. Bu nə işdi belə başınıza gəlib? Moskvada döyüldüyünüz deyilir...

- Elə hərəkəti ancaq nakişi edərdi. Məsələ belə olub. Bir insanın mənimlə şəxsi problemi olub və görüb ki, onu mənimlə üzbəüz həll etməyə nə cəsarəti, nə gücü, nə də ki, kişiliyi çatacaq. O zaman belə binamusluğa, şərəfsizliyə əl atıb. Deyirlər, guya mən imişlilər haqqında nəsə demişəm. İmişlidən mənim ən yaxın dostlarım var. Ən yaxın dostum İlkin elə İmişlidəndir. Bölgə söhbəti edən atasını tanımayan insandır. Bölgə söhbəti edən insan valideynlərindən xəbərsiz biridir. Xahiş edirəm, belə də yazın. İmişli də, Kürdəmir də, Göyçay da, Naxçıvan da mənimdir. Bütün Azərbaycana qurban olum.

- Vüqar, əgər siz təhqir etməmisinizsə, belə çıxır, anlaşılmazlıq olub.

- Elə bil zombi idilər. Kimsə mənə gücü çatmır, gedib o insanlara deyib ki, Vüqar imişliləri təhqir edib, onları söyüb. Həmin adamların da kişiliyi yoxdur ki, bir zəng edib soruşsunlar, ay Vüqar, məsələ necə olub. Onların qeyrəti, şəxsiyyəti çatışmadığı üçün bu addımı atdılar.

- Siz tək olmusuz, bəs onlar neçə nəfər idilər?

- Mən tək olmuşam, onlar isə 7-8 nəfər idilər. Tanımadığım bir yerdə, tanımadığım insanlar, çölün düzündə məni döydülər.

- Amma deyirlər prodüseriniz də yanınızda olub axı...

-Yox. Mənim prodüserim, ümumiyyətlə, yoxdur. Tək olmuşam. Tanımadığım şəxslər idi, heç birini tanımırdım.

- Vüqar, deyirlər, guya sizi soyundurublar, işgəncə verərək döyüblər. Bəs bunlar nə dərəcədə həqiqəti əks etdirir?

- Onu deyən insan qələt edir. Onu kimsə deyib, şou yaradır. Əgər məni kimsə soyundurub döysəydi, həmin gün boynumu sındırıb, özümü öldürərdim. Mən bu dünyaya kişi olaraq gəlmişəm, heç vaxt nakişi olaraq getmərəm.

- Bəs ölümcül vəziyyətdə döyüldükdən sonra necə xilas ola bildiniz?

- Məni döyüblər, başıma tapanca dirəyib hər şeyi əlimdən alıblar. Pulumu, telefonumu, üzüyümü, saatımı - hər şeyimi... Çölün düzündə, soyuğun altda atıb gediblər məni. Soyuqda donmuş vəziyyətdə qalmışam. Allah qurtardı məni. Ancaq konkret ölümü gözə almışdım. Birtəhər 40-45 dərəcə soyuqda dona-dona yola tərəf çıxdım, əl elədim, axır, bir kişi məni gördü. Avtomobili ilə məni polisə apardı, sağ olsun.

- Üz-gözünüzün dağılması xəbəri də yalandır?

- Heç bir müalicə almıram. Üz-gözüm də, şükürlər olsun, yerindədir. Sağlamlığım da qaydasındadır. Dostlarımın obyektində oturmuşuq. Lap şəklimi də çəkib yollayaram sizə ki, saytınızda yerləşdirə biləsiniz.

- Aşıq Samirənin həyat yoldaşı Rizvanın bu məsələyə nə kimi aidiyyəti var?

- Heç bir dəxli yoxdur. Rizvan mənim dostumdur. Sizdən xahiş edirəm, necə var, elə də yazın. Allahıma, Kitabıma and olsun ki, mən hər şeyi olduğu kimi danışıram. Arxamca şou düzəldib yalandan olmayan şeylər deyirlər. Olmaz axı belə, günahdır.

- Hazırda yaxşısız demək. Nə vaxt qayıdırsınız Vətənə?

- İndi Moskvadayam. Moskvada yaşayan dostlarımın yanındayam. Bir söz də demək istəyirəm. Günahı olan insan, kiminsə rayonuna, bölgəsinə, qohumuna sataşan adam, günahını bilərdi və sakitcə sınmış vəziyyətdə geri qayıdardı. Ancaq mən susmadım və dostumdan xahiş etdim ki, hər şeyi olduğu kimi mediaya danışsın. Mən özüm də bu gün gəlməliyəm, inşallah... Allahın qarşısında təmizəm. Əsas vicdanım da, kişiliyim də təmizdir, alınım da açıqdır. Hər bir insanın başına belə hadisə gələ bilər, heç kim belə şeydən sığortalanmayıb. Mən çörək pulu qazanmaq üçün, toy adı ilə getmişəm, ancaq mənə belə alçaqcasına tələ qurublar.

İnşallah görüşərik, diqqətiniz üçün çox sağ olun.

Vüqar Muradovun yolladığı fotoları və müsahibədən bir hissənin yazısını təqdim edirik:

Tarix
2015.03.26 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla