Yuxarı

Ərəblər vahid ordu məsələsində daha bir addım atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb dövlətləri xarici işlər nazirlərinin Vahid Ərəb Ordusu ilə bağlı bir neçə gün öncə razılaşdıqları məsələ Ərəb Birliyi liderləri zirvəsində müzakirə edilib.

Axar.az xəbər verir ki, mətbuata sızan informasiyalarda liderlərin Birləşmiş Ərəb Ordusunun yaradılmasına razılaşdıqları iddia olunur. Misirin Şarm Əl-Şeyx şəhərində təşkil edilən 26-cı Ərəb Birliyi sammiti çərçivəsində bir araya gələn liderlər "Sülhə qarşı regional təhlükəsizlik təhdidi yaranarsa, müdaxilə edən Birləşmiş Ərəb Qüvvələri" yaradılması ideyasını dəstəkləyiblər.

Misir Prezidenti Əbdülfəttah Əl Sisi mətbuatda yayılan məlumatları təsdiq edən ilk prezident olub. O, prinsip etibarı ilə ərəb liderlərin razılaşdığını etiraf edib:

"Hərbi birliyin quruluşu və mexanizmi üzərində işləmək üçün yüksək səviyyəli komitə yaradılacaq".

Lakin Ərəb Birliyinə daxil olan 22 dövlətin hamısının alyansa dəstək verəcəyi qaranlıq qalır.

Xatırladaq ki, az öncə ərəb ölkələrinin xarici işlər nazirləri Vahid Ərəb Ordusunun yaradılması üçün ilkin layihəni imzalayaraq, sammitin müzakirəsinə təqdim etmişdilər.

Tarix
2015.03.29 / 17:02
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla