Yuxarı

Tolstoyun qorxduğu dahi – Gələcəyə məktublar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"100 böyük kitabdan biri" layihəsində:

Stendal "Qırmızı və qara"

Stendal – gələcək üçün yazan yazıçıdır (Qorki onun kitablarını elə "gələcəyə məktublar" adlandırmışdı). Sağlığında tanınmayan, müasirləri tərəfindən az oxunan və təbii ki, az da pərəstiş olunan yazıçı doğru olaraq bilirdi ki, əsl oxucuları onu gələcəkdə gözləyirlər!

"Mən – insan qəlbinin müşahidəçisiyəm", - özü haqqında belə demişdi yazıçı. Çox gözəl esselərinən birini Stendala həsr edən Stefan Sveyq bu sözləri "oynadaraq" fransız yazıçısını "qəlbin astronomiyasında yeni Kopernik", bütün zamanların ustad psixoloqu və insan qəlbinin böyük bilicisi adlandırır:

"Stendal bəziləri kimi psixoloqun bu ehtirasından xəbərdar idi, görkəmli əqlə sahib insanların bu zərif şəhvət hissinə sanki bir qüsur kimi meyilli idi; fəqət onun qəlbin mübhəmləri ilə həssaslıqla məst olması necə də gözəldir, onun psixoloji sənəti necə yüngül, necə ilhamvericidir! Onun marağı, hər şeyi bilmək həvəsi öz caynaqlarını uzadır – dərrakəli əsəb sistemi, incə səs duyumu, iti baxışlar – və hansısa yüksək həssaslıqla canlı əşyalardan ruhun şirin beynini sorur. Onun elastik və iti intellektinə uzun müddət yapışmağa (dişləri ilə, caynağı ilə - tərc.) ehtiyac yoxdur, o, sistemi prokrust yatağına (düz gəlib-gəlməməsinə baxmayaraq hamını zorla bir əndazəyə salma - qədim jynan qulduru Prokrustun adından – tərc.) uzatmaq - onu məhv etmək üçün öz qurbanını boğmur, onun sümüklərini sındırmır; Stendalın təhlili qəfil xoşbəxt kəşfin gözlənilməzliyini və təsadüfi görüşün yenilik və təravətini qoruyub saxlayır".

Stendalın ən məşhur romanının epiqrafı yazıçının bütün yaradıcılığına uyğun gəlir. Bu, Dantonun sözləridir: "Həqiqət, acı həqiqət". "Qırmızı və qara" iki hissəyə bölünür: birinci hissədəki hadisələr əyalətdə, ikinci hissədəki olaylar isə Parisdə postnapoleon dövründə baş verir. Dülgər oğlu Jülyen Sorel – özü özünü adlandırdığı kimi plebey (orta əsrlərdə Qərbi Avropada şəhər yoxsullarına verilən ad – tərc.) — öz üzərində işləyərək təhsilini artırması sayəsində "yüksək dünya"ya düşür: əvvəlcə Alpın ətəyindəki kiçik şəhər merinin uşaqlarının mürəbbisi kimi çalışır; sonra isə Burbonların bərpa illərinin qüdrətli əyanı, markiz La Molun katibi olur. Həm orda, həm də burda 19 yaşlı gənci həyatda hər şeyi unutduran bir sevgi gözləyir: Veryerdə o, merin arvadı xanım de Ranalın sevgilisi olur; Parisdə isə markizin qızı Matildanı başdan çıxarır.

Yaş və xarakter etibarilə tamamilə fərqli olan hər iki qadın Jülyeni fədakarcasına sevirlər, onun naminə nəinki şərəf və ləyaqətlərini, həmçinin həyatlarını da qurban verməyə hazırdırlar. Onların yorğun duyğularının, qeyri-iradi hərəkətləri və qəti qərarlarındakı şübhə və tərəddüdlərinin təsvirində Stendal elə bir yüksəkliyə qalxır ki, ona qədər heç bir yazıçıya o zirvəyə qalxmaq müəssər olmamışdı. Ondan sonra isə... bir çox belletrist yazarlar, o cümlədən də rus yazarları onun ovsunlu təsirini öz üzərlərində hiss etmişlər. Lev Tolstoy Stendalın şagirdi olduğunu etiraf etməkdən qorxurdu. Və həqiqətən də Jülyen Sorelin sevgililərinin sözləri və davranışları arasından açıq-aydın gələcək Anna Kareninanın obrazı boylanır. Xanım de Ranalın ehtiraslı məktubundan kiçik bir parça gətirmək kifayətdir:

"Bu gecə məni içəri buraxmaq istəmədin? Elə anlar olur ki, mənə elə gəlir, əslində, sənin qəlbində nələr baş verdiyini heç vaxt sonadək dərk edə bilməmişəm. Sən mənə baxırsan və sənin baxşların məni qorxudur. Mən səndən qorxuram. Ulu Tanrım! Doğrudanmı sən heç vaxt məni sevməmisən? Əgər belədirsə, onda qoy ərim bizim sevgimiz haqqında hər şeyi bilsin və qoy bütün ömrüm boyu məni kəndə, zindana, uşaqlarımdan uzaq bir yerə qapatsın. Bəlkə də elə bu, Allahın iradəsidir. Nə etmək olar, mən tezliklə öləcəm. Bəs sən! Sən müdhiş bir yırtıcı olacaqsan. Belə, deməli, sevmirsən? Mənim çılğınlıqlarım və daim əzablar içində qovrulmağım səni bezdirib? İnsafsız! Məni məhv etmək istəyirsən? Bax, ən sadə usül budur. Veryerə get, bu məktubu bütün şəhərə göstər, ən yaxşısı isə apar bunu cənab Valnoya göstər. Ona de ki, mən səni sevirəm – yox, yox, Allah səni bu çapqınlıqdan qorusun! – ona de ki, mən sənə səcdə edirəm, mənimçün həyat ancaq səni gördüyüm gündən başlayıb, hətta ən ağılsız arzulara aludə olduğum gənclik çağlarımda da heç vaxt belə bir xoşbəxtlik haqqında xəyal etməmişdim. Bununçün sənə borcluyam. Mən həyatımı verdim sənə, qəlbimi fəda etdim – bəli, sən bilirsən ki, mən səninçün daha böyük qurbanlar verməyə hazıram".

Çılğın və müəmma dolu Matildanın da məhəbbəti bundan daha az təsirli və dərin deyildi:

" - Müdhiş qüruruma görə məni cəzalandır, - sanki öz ağuşunda onu boğmaq istəyirmiş kimi bərk-bərk qucaqlayaraq deyirdi, - sən mənim hökmdarımsan, mənsə sənin kölən, mən üsyan etdiyimçün ayaqlarına çöküb dizüstə səndən üzr istəməliyəm. — Və qollarını boşaldaraq onun ayaqlarına çökür. – Hə, sən mənim hökmdarımsan! - o, xoşbəxtlik və məhəbbətdən bihuş halda deyirdi. – Həmişə mənə hakim ol, əgər üsyan etməyə qalxsa, öz quluna aman vermədən cəzalandır.

Bir neçə andan sonra onun ağuşundan qoparaq şamları yandırır, Jülyen onu güclə saxlayır: o, saçını çəngələyib kəsmək istəyir, az qala tən yarısını...

— Mən istəyirəm həmişə xatırlayım ki, sənin xidmətçinəm və əgər nə vaxtsa mənim mənfur qürurum yenidən gözlərimi tutsa, bu saçları mənə göstər və de: "Məsələ sevgidə deyil və indi sizin qəlbinizə hansı hisslərin hakim olması da mühüm deyil; siz mənə itaət etməyə and içmisiniz, zəhmət çəkin, sözünüzü tutun".

Jülyenin məhəbbəti daha çox məqsədli və xeyirgüdəndir. Gənc, ümumiyyətlə, həddən artıq lovğa və şöhrət düşkünüdür. Napoleonun gizli pərəstişkarı olan Jülyen zənginlərə nifrət edir və eyni zamanda da var-dövlət hərisliyilə tutuşub yanır. O, dəqiq bilir ki, bu sərvət ona insanlar üzərində hökmranlıq gətirəcək (Stendalın baş qəhrəmanı özünün bu sirli niyyətində Dostoyevskinin "Cinayət və cəza" və "Yeniyetmə" romanlarının baş qəhrəmanlarını qabaqlayır). Yalnız romanın sonunda, qətlə təşəbbüs etdikdən sonra onda peşmançılıq hissi baş qaldırır. Bax elə buna görə də Stendalın romanı dahiyanədir – bu əsər, hər şeydən əvvəl, Qadın Məhəbbətinin heykəlidir. Bu romanda qadının nə vaxtsa məhəbbət haqqında dediyi bəlkə də ən səmimi və ən təsirli sözlər yazılıb: "Mən bütövlükdə - başdan-ayağa sənə sevgidən ibarətəm. Hətta, deyərdim, "sevgi" sözü çox zəifdir".

Xanım de Renal bu misilsiz ifadəni artıq romanın lap sonunda, razvyazka yetişəndə və Jülyen Sorel özünün ilk sevgilisini uğursuzcasına güllələməyə cəhd edərkən səsləndirir. Xanım de Renal sağ qalır, ancaq çox qısa bir müddətə. Jülyenin edamından üç gündən sonra o da uşaqlarını qucaqlayaraq ölür. Matildaya isə gilyotinlənmiş sevgilisinin başı qalır. Qızcığaz onu qarşısındakı mərmər masanın üzərinə qoyaraq uzun müddət öpüşlərə qərq edir, gecə isə dağ mağaralarının birində dəfn edir.

Budur, artıq 170 ildir ki, oxucular və şərhçilər mübahisə edirlər ki, romanın sərlövhəsinə çıxarılmış bu rənglər nə deməkdir? "Qırmızı" nədir, "qara" nə? Ən ağlagəlməz versiyalar irəli sürülüb – az qala "inqilab" və "əksinqilab"a kimi gedib çıxıblar. Axı nədən? Hər şey daha sadədir. Həyat və romanın kulminasiya nöqtəsi hər şeyi aydınlaşdırır: "qırmızı" – Məhəbbətdir, "qara" isə - Ölüm. Onlar heç vaxt bir-birinə qarışıb çulğaşmır. Lakin nədənsə həmişə yanaşı addımlayırlar. Həqiqət budur... Stendalın bir daha təsdiqlədiyi həqiqət...

Tarix
2015.03.30 / 08:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla