Yuxarı

Güzəştli şərtlərlə “Yığım” əmanəti

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DəmirBank"ın "Yığım" əmanəti ilə gələcəyinizi daha rahat təmin edə və yığımla yanaşı faiz gəliri də əldə edə bilərsiniz.

"DəmirBank" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Təhminə Paşayevanın Axar.az-a verdiyi məlumata görə, bunun üçün istənilən şəxs minimum 10 AZN ilkin mədaxil edərək "DəmirBank" filiallarında əmanət hesabı aça bilər. Əmanət şərlərinə əsasən maksimum 20 il müddətə açılan "Yığım" əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir.

Qeyd edək ki, "Yığım" əmanət məbləği 20 min AZN və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ Bank-ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

"DəmirBank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə müvafiq olaraq əhalinin "DəmirBank"da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Tarix
2015.03.31 / 14:28
Müəllif
Məmməd Rauf
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla